“Apple” daha da varlandı
2013-2014 maliyyə ilinin ikinci rübündə ABŞ-ın “Apple” korporasiyasının mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 10,22 milyard dollar olub.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hesabat dövründə korporasiyanın mədaxili 4,7% artaraq 45,65 milyard dollar təşkil edib. “iPhone” smartfonlarının satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 43,7 milyon dollara çatıb.
Bu halda “iPad” planşetlərinin satış həcmi hesabat dövründə 16% azalaraq 16,35 milyon, “iPod” qurğularının satış həcmi iki dəfə azalaraq 2,7 milyon olub.
"Rüblük nəticələrimiz sevindiricidir, xüsusilə “iPhone” smartfonlarının satış həcminin yüksək olması ürəkaçandır" – “Apple”ın baş direktoru Tim Kuk rüblük hesabata öz münasibətini bildirib.
“Apple” “iPod” və “iTunes”, “Mac” noutbuk və masaüstü kompüterləri, “OS X” əməliyyat sistemi, “iPhone” və “iPad” qurğularını istehsal edən Amerika şirkətidir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL