ATU-nun müəllim və tələbələrinin “Azərkosmos”a ekskursiyası təşkil edilib
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycan Texniki Universitetinin Radiotexnika və rabitə fakültəsinin müəllimlərinin və eləcə də 30-a yaxın tələbənin “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə ekskursiyası təşkil edilib.
Abşeron rayonunun inzibati ərazisində (Bakı-Şamaxı şosesinin 38-ci km-də) yerləşən mərkəzlə tanış olan tələbələrə bildirilib ki, “Azərkosmos” ASC Azərbaycan Respublikası Prezidentinin 2010-cu il, 3 may tarixli sərəncamı ilə təsis edilib.
Həmin il mayın 5-də isə Türkiyənin İstanbul şəhərində ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasını və “Measat” şirkəti ilə birgə istifadəsini nəzərdə tutan müqavilə imzalanıb.
Qeyd edilib ki, 2010-cu ilin 5 noyabr tarixində Fransanın “Arianespace” şirkəti ilə ilk telekommunikasiya peykinin “Ariane-5ECA” raketdaşıyıcısı ilə orbitə çıxarılmasını nəzərdə tutan müqaviləyə imza atılıb.
Tələbə və müəllimlərin nəzərinə çatdırılıb ki, “Azərkosmos” ASC-nin əlavə olaraq Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi var və o, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir adlanan ərazisində yerləşir. Azərbaycanın ilk telekommunikasiya peyki haqqında məlumat verilərək bildirilib ki, “Azerspace-1” peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə buraxılıb. Peykin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir. “Azərspace-1” vasitəsi ilə radio və televiziya yayımı, kəsintisiz və şifrlənmiş rabitə əlaqəsinin qurulması həyata keçirilir.
Qeyd edilib ki, “Azərkosmos” Qafqazda əsas peyk operatorudur və əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilib. Vurğulanıb ki, “Azərkosmos”un hazırlıq səviyyəsi, ehtiyat və imkanları müasir texnologiyaların tam idarə olunması imkanını verir.
Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin 10 hektar torpaq sahəsindən və 4 idarəetmə binasından ibarət olunduğu bildirilərək qeyd edilib ki, peyklə əlaqə əsasən xüsusi avadanlıq və antenalar vasitəsi ilə həyata keçirilir. Tələbələrin diqqətinə çatdırılıb ki, mütəmadi olaraq yerlə peyk arasında olan məsafə ölçülür, lazımi əmrlər, siqnallar göndərilir və onun daimi fəaliyyəti təmin edilir. Bundan başqa qeyd olunub ki, mərkəzdə çalışan əməkdaşların, demək olar ki, hamısı yerli mütəxəssislərdir. İşçilərin böyük əksəriyyətini gənclər təşkil etdiyi bildirilərək qeyd olunub ki, onların bilik və bacarıqlarının artırılması üçün xarici ölkələrdə müxtəlif kurslarda iştirakı təmin edilib.
Sonda tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL