Azərbaycanda İT sektoru 2 dəfə artıb
Son 5 il ərzində Azərbaycanın informasiya texnologiyaları sektoru təqribən 2 dəfə genişlənib və orta illik artım tempi 17 faiz təşkil edib.
Təsadüfi deyil ki, ölkəmiz bir çox regional layihələrin təşəbbüskarı və aktiv icraçısı qismində çıxış edir. BMT Baş Assambleyasının qətnamələri (2009, 2012 və 2013-cü illərdə) ilə dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin reallaşdırılması, həmçinin ölkəmizin iştirak etdiyi “Avropa-Yaxın Şərq İnformasiya Magistralı”nın (Europe-Persia Express Gateway – EPEG) imkanlarından istifadə edilməsi ölkəmizin internetə çıxış potensialının xeyli artmasına səbəb olacaq.
Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda kompüter və elektron avadanlıqların, proqram məhsullarının istehsalı ildən-ilə artır. İnternetdən geniş istifadə milli kontentin inkişafını şərtləndirib, dövlət orqanlarının, çoxsaylı hüquqi və fiziki şəxslərin, ictimai təşkilatların saytları yaradılıb. Sosial şəbəkələrdən, digər sosial media vasitələrindən istifadə geniş vüsət alıb, ölkəmizin tarixinə, mədəniyyətinə, təhsilinə və digər sosial sahələrinə aid müxtəlif informasiya ehtiyatlarının sayı xeyli artıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL