Mobil telefonun əməli yaddaş modullarının satışları rekord qırır
“DRAM”- yaddaş bazarı üzrə “İHS iSuppli” analitik firmasının məlumatları mobil qurğu sənayesinin davamlı inkişaf etdiyini sübut edib. Ekspertlərin qiymətləndirmələrinə görə, 2011-ci ilin birinci rübündə mobil telefon əməli yaddaş modullarının satışlarından əldə olunan gəlir 2 milyard dolları ötüb .
Adi telefon və smartfonlar üçün nəzərdə tutulmuş informasiyanın əməli yaddaşda saxlanılması sıxlığı 2015-ci ilədək müvafiq olaraq 8 və 6 dəfə artacaq. Bu proqnozu yaddaş bazarı və “İHS iSuppli”-də verilənlərin saxlanılması qurğularının tədqiqatçısı Rayan Çien səsləndirib.
“DRAM”-yaddaş bazarı üçün planşetlər də əlverişli seqmentdir. Bu qurğular üçün 2010-2015-ci illər ərzində əməli yaddaş sıxlığı 14 dəfə, tədarüklər isə 15 dəfə artacaq.
www.dailycomm.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL