“Watson” superkompüteri satıcı-konsultant rolunda
“IBM” korporasiyasına məxsus “Watson” superkompüteri artıq dəfələrlə ən müxtəlif rollarda (həkim, iqtisadçı və aşpaz) sınanılıb. Bu dəfə superkompüter satıcı-konsultant peşəsini öyrənməlidir.
“IBM” onlayn ticarətlə məşğul olan “Fluid” şirkəti ilə müqavilə bağlayıb və “Expert Personal Shopper” (XPS) “bulud” proqramını yaratmağı planlaşdırır. Sözügedən proqram internet-mağaza müştərilərinin suallarına cavab vermək üçün “Watson” superkompüterinin imkanlarından istifadə edəcək.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, unikal eksperimental proqrama daxil ediləcək birinci mağaza idman və turizm geyiminin ticarəti ilə məşğul olan “The North Face” şirkəti olacaq. Məhz bu internet-mağazanın müştərilərinin bütün suallarını konsultantın əvəzinə superkompüter cavablandıracaq.
Hələ ki “XPS” xidmətinin istifadə tarixi açıqlanmayıb, amma “IBM” artıq “Fluid” şirkətinə 100 milyon dollar sərmayə yatırıb ki, sonuncu lazımi proqram təminatının hazırlanmasını maksimal dərəcədə sürətləndirsin və layihəni mümkün qədər tez bitirsin.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL