waplog

Daxili proyektorlu “Samsung Galaxy Beam 2” smartfonu nümayiş etdirilib


“Samsung” şirkəti “Galaxy Beam 2” smartfonunu nümayiş etdirib. Smartfon orijinal xüsusiyyətə malikdir: cihaza quraşdırılmış mini-proyektor 800x480 piksel təsvir ölçülü təsviri istənilən düz səthdə əks etdirir. Bu, məsələn, kiçik təqdimatların keçirilməsi üçün faydalı ola bilər.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, smartfon 800x480 piksel təsvir ölçülü 4,66 düymlük ekran, 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli yaddaş (daxili yaddaşın həcmi bildirilməyib), 5 meqapiksellik əsas kamera və 2600 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. “Android 4.2.2” mobil əməliyyat sistemi quraşdırılıb.
 
Aparatın çıxarılma tarixi və qiyməti dəqiq məlum deyil.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL