Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.
- loqo dizaynı özündə nazirliyin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir.
- orijinal, rəngli və konseptual görünüşlü olmalıdır.
- müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.
Qalib gəlmiş loqo istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.
Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:
- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)
- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))
Təklif olunacaq eskiz və layihələr aprelin 25-dən "rabitadunyasi@mincom.gov.az" e-mail ünvanına və ya Zərifə Əliyeva 33, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətinə göndərilməlidir.
Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.
Təkliflərin göndərilməsi üçün son müddət mayın 15-dir.
Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.
Təqdim olunan təkliflərə komissiya tərəfindən 20 may 2014-cü il tarixinə qədər baxılaraq müsabiqənin qalibi elan olunacaqdır.
Müsabiqənin qalibinə 3 000 (üç min) manat məbləğində mükafat təqdim ediləcək.
Məlumat üçün əlaqə telefonu: (012) 598-47-66
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL