waplog

İstehlakçılar hansı smartfondan məmnundular?


“J.D. Power and Associates” marketinq şirkəti istehlakçıların növbəti məmnunluq reytinqini dərc edib.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, 1000-dən orta hesabla 850 bal toplamış “Apple” smartfonları lider olub. “Samsung”un mobil qurğuları 10 bal geri qalaraq ikinci yerdə qərarlaşıb. “HTC” və “BlackBerry” smartfonları üçüncü yerdə qərarlaşıb, həmçinin “LG” və “Nokia” smartfonları reytinqə daxil edilib. “Motorola”nın mobil telefonları autsayder hesab olunur.
 
Sorğu zamanı abunəçilər smartfonları dörd meyar üzrə qiymətləndirir: məhsuldarlıq, görünüş, funksiyalar çoxluğu və istifadə rahatlığı. “J.D. Power” şirkətindən bildirilib ki, rəyi soruşulanların 21%-i ilk növbədə aparatın qiymətinə diqqət yetirir. 2011-ci ildə bu göstərici 11% təşkil edib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL