“HP” şirkəti smartfon və planşetlərdən imtina edir?
“Hewlett-Packard” şirkəti “webOS” əməliyyat sistemi ilə işləyən mobil qurğuların satışını dayandıracaq. Bu barədə “HP” şirkətinin bəyanatında bildirilib.
“HP” şirkəti “webOS” əməliyyat sistemi ilə işləyən “Veer”, “Pre3” smartfonu və “TouchPad” planşetindən imtina edəcək. Şirkətin rəhbəri Leo Apoteker bildirib ki, smartfon və planşet satışları cari ilin dördüncü rübündə dayandırılacaq. Bu barədə “This is my next” bloqu xəbər verib.
Leo Apotoker “WebOS” əməliyyat sisteminin sonrakı taleyi haqqında konkret məlumat verməyib. “HP” şirkətinin digər qurğu istehsalçılarına əməliyyat sistemindən istifadə etməyə icazə verəcəyi də istisna deyil. “HP TouchPad” planşeti iyul ayının 1-də ABŞ ərazisində satışa çıxarılıb, lakin planşetə tələbat az olub.
Məlumat üçün qeyd edək ki, “HP” şirkəti “WebOS” əməliyyat sistemini “Palm İnc” şirkətindən alıb. “HP” və “Palm İnc” şirkətləri arasındakı saziş haqqında 2010-cu ilin aprel ayında elan edilib. Sazişin dəyəri 1,2 milyard dollar təşkil edib.
lenta.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL