waplog

Yaponiyada GPS-in alternativi yaradılır


Yaponiyanın “Mitsubishi Electric” şirkəti 2018-ci ilədək 1-3 sm dəqiqliklə işləyəcək yeni GPS sistemini tətbiq edəcək. “Quazi-Zenith Satellite System” (QZSS) adlanan sistem peyklər qruplaşması yerətrafı orbitə buraxıldıqdan sonra işləyəcək. İstehsalçılar bildiriblər ki, QZSS sayəsində avtomatlaşdırılmış idarəetməyə malik avtomobillər öz avtomagistral zolağında təhlükəsiz hərəkət edə biləcək.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Mitsubishi Electric” şirkətinin “Advanced Technology R&D Center” elmi tədqiqat bölməsinin mühəndisi Yuki Sato deyib ki, hazırda tətbiq edilən ABŞ-ın GPS sistemi 10 metrədək səhv buraxa bilər ki, bununla əlaqədar tez-tez səhv və nasazlıqlar baş verir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL