waplog

Müəllimlərin beynəlxalq sertifikatlaşdırılması məqsədilə “Microsoft” İT Akademiyası açılıb


Azərbaycan Respublikası Təhsil Nazirliyi, "British Council" Azərbaycan və "Microsoft" şirkəti ilə əməkdaşlıqda "Mədəd Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikatlaşdırılması"  layihəsi çərçivəsində "Mədəd Azərbaycan" təşkilatı nəzdində "Microsoft" İT Akademiyası  açılıb.

2014-cü ilin əvvəlində icrasına başlanılan bu innovativ layihə ingilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə yönəlib və 3 əsas komponentdən ibarətdir


1. İKT-nin təhsildə tətbiqinə və layihə metodikasına əsaslanan təlimlər və təlimə müvafiq beynəlxalq sertifikatlaşdırma;

2. İngilis dilinin pedaqogikası və Cambridge Universitetinin "Tədris Bilik və Bacarıqları" təlimi metodikası üzrə distant təlim və təlimə müvafiq beynəlxalq sertifikatlaşdırma;


3. "Microsoft" İT Akademiyası vasitəçiliyi ilə "Microsoft" "Sertifikatlaşdırılmış Təhsil İşçisi" istiqamətində distant təlim və təlimə müvafiq beynəlxalq sertifikatlaşdırma.

 
"Mədəd Azərbaycan" təşkilatı müasir informasiya-kommunikasiya vasitələrinin tətbiqi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində bir sıra layihələri icra edən və təhsilin inkişafında xüsusi xidmətləri olan bir təşkilatdır. Elə bu məqsədlə də məhz "Mədəd Azərbaycan" təşkilatının nəzdində "Microsoft" İT Akademiyası yaradılıb və Azərbaycanda müəllimlərin və digər pedaqoji heyətin "Microsoft" təhsil proqramları üzrə sertifikasiyasına mərkəz kimi inkişafı nəzərdə tutulub. "Microsoft" İT Akademiyasının proqramlarında iştirak etməklə, müəllimlər İKT-dən tədris aləti kimi istifadə üzrə əhatəli bilik və bacarıqlara yiyələnəcək və şagirdlərin təhsil prosesində uğur əldə etmələri üçün müxtəlif tədris alətləri ilə tanış olacaqlar.
 
"Microsoft" İT Akademiyası "Microsoft" səlahiyyəti çərçivəsində yüksək keyfiyyətli təlim kurslarından keçməyə imkan yaradır. Birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda ingilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə yönəlmiş layihə zamanı "Microsoft" İT Akademiyasının təşkil etdiyi təlimlərdən uğurla keçən müəllimlər sənaye imtahanı verəcək və "Microsoft Certified Educator" ("Microsoft Sertifikatlaşdırılmış Təhsil İşçisi") beynəlxalq dərəcəli sertifikatı ilə təltif olunacaqlar.
 
Bundan əlavə, bu layihənin bir hissəsi kimi müəllimlər "Microsoft Office 365" alətlərindən istifadə edəcək. Layihə iştirakçıları arasında səmərəli ünsiyyət vasitəsini təmin etmək və gələcəkdə iştirakçıların vahid şəbəkə vasitəsilə peşəkar inkişaf imkanlarını dəstəkləmək məqsədi ilə hər bir iştirakçı "Microsoft Office 365" alətləri ilə təmin olunacaq.   
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL