“Samsung”dan peşəkar fotoqrafçılar üçün smartfon
“Samsung” şirkəti “Galaxy” seriyasından növbəti smartfonunu – “Galaxy K zoom”u nümayiş etdirib. Qurğu fotoşəkil həvəskarları üçün nəzərdə tutulub və 20,7 meqapiksellik ötürücü, həmçinin 10 dəfə yaxınlaşdıran optik zumla təchiz edilib.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Galaxy K zoom” xarakteristika baxımından “Galaxy S5” smartfonunun bir qədər sadələşdirilmiş versiyasıdır. Aparat altınüvəli “Exynos 5 Hexa” prosessoru, 2 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib.
“Samsung Galaxy K zoom” smartfonunun əsas xüsusiyyəti, əlbəttə ki, kamerasıdır. Ötürücü 20,7 meqapiksel təsvir ölçüsünə malikdir, obyektiv isə 10 dəfə yaxınlaşdıran optik zum və təsvirin optik sabitləşməsi funksiyası ilə təchiz edilib ki, bu da hərəkətli səhnələrin çəkilişində və zəif işıqlanma dərəcəsində kömək etməlidir. Matrisin maksimal həssaslığı 3200 ISO-dur.
Həmçinin 2 meqapiksellik ön kamera və ksenon işıqlandırıcı da var. 4.8 düym diaqonallı ekran HD (1280x720 nöqtə) təsvir ölçüsünə malikdir və “SuperAMOLED” texnologiyası ilə hazırlanıb. Aparata “Android” platformasının sonuncu versiyası quraşdırılıb.
Quraşdırılmış obyektivə malik aparatın ölçüləri 137.5x70.8x20.2 mm, çəkisi isə 200 qramdır. Daxili akkumulyatorun tutumu 2430 milliamper/saat təşkil edir. Aparatın satışa çıxarılma tarixi və qiyməti açıqlanmayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL