İTİDF-nin nümayəndə heyəti Türkiyəyə səfər edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) bir qrup əməkdaşı Türkiyənin kiçik və orta müəssisələri inkişaf etdirmə və dəstəkləmə İdarəsinin (KOSGEB) dəvəti ilə Ankara şəhərinə səfər edib.
Qeyd edək ki, KOSGEB Türkiyə Respublikasında iqtisadı və sosial ehtiyacların qarşılanmasında kiçik və orta ölçülü müəssisələrin payını və təsirini artırmaq, həmçinin rəqabət gücünü yüksəltmək məqsədilə 1990-cı ildə yaradılıb.
Adı çəkilən qurum kiçik və orta sahibkarlıq subyektlərinə birbaşa maliyyə yardımlarının edilməsi, güzəştli kreditlərin verilməsi, məsləhət xidmətlərinin göstərilməsi, xarici bazarlara çıxışa yardım etmək və bu kimi digər vasitələrlə dəstək verir.
KOSGEB informasiya texnologiyaları sahəsində layihələrin maliyyələşdirilməsi və dəstəklənməsi üzrə böyük təcrübəyə malikdir.
Qurum çoxlu sayda innovativ texnoloji layihələr, tədqiqat və inkişafa yönələn layihələr, habelə startap layihələrinin həyata keçirilməsinə dəstək olub.
Fondun icraçı direktorunun müavini Azər Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində keçirilən görüşlərdə KOSGEB tərəfindən həyata keçirilən müxtəlif proqramlar, KOSGEB-in müxtəlif struktur bölmələrinin və Kredit Təminatı Fondunun fəaliyyəti haqqında təqdimatları dinləyib.
Eyni zamanda, KOSGEB təmsilçilərinə Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı istiqamətində görülən işlər, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri və gördüyü işlər barədə ətraflı məlumat verilib.
Keçirilən görüşlərdə iki qurum arasında əməkdaşlığı inkişaf etdirmək istiqamətində fikir mübadiləsi aparılmış və 2014-cü ilin sonunadək KOSGEB nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərinin təşkili müzakirə olunub.
Seymur
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL