waplog

“Gartner”: 2014-cü ildə mikrosxemlərin istehsalı üçün qlobal avadanlıq bazarının həcmi 12,2% yüksələcək


“Gartner” analitiklərinin proqnozuna görə, 2014-cü ildə mikrosxemlərin istehsalı üçün qlobal avadanlıq bazarının həcmi 37,5 milyard dollaradək  artacaq. Kapital qoyuluşunun həcmi 5,5% yüksələcək. İqtisadi enişdən sonra sahə özünə gəlir və bazarın bütün seqmentlərində tədarükün həcmi ən azı 2018-ci ilədək artacaq.
 
“ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, avadanlığın tədarükü kapital qoyuluşlarından daha sürətli artacaq, çünki mikrosxem istehsalçıları indi  yeni zavod tikintisi əvəzinə, artıq mövcud olan zavodların istehsal gücünü artırmağa üstünlük verirlər, - analitiklər deyiblər. Ötən ilin dördüncü rübündən tələbat azalıb, amma 2014-cü ilin ikinci rübündən artım tempi sabitləşir.
 
Qlobal kapital qoyuluşları həcminin 50%-dən çoxu üç ən böyük şirkətin (Intel, TSMC və Samsung) payına düşür.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL