2016-cı ildə Əbu-Dabidə kosmodrom inşa ediləcək
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) kosmik gəmilər üçün uçuş meydançasının tikintisinin 2016-cı ildə başa çatdırılması gözlənilir. Bu barədə “National” qəzeti məlumat verib.
Məlumata görə, region tarixində Əbu-Dabi Əmirliyində yerləşəcək ilk kosmodromun inşasında ABŞ-ın “Virgin Galactic” və BƏƏ-nin "Aabar Investments” şirkətləri iştirak edəcək. “BƏƏ tərəfdaşlarımızın dəstəyi olmadan biz hazırkı nəticələrə nail ola bilməzdik. Əbu-Dabidə indiyədək çoxlu unikal layihələr həyata keçirilib və kosmodromun tikintisi yaxın gələcək məsələsidir”, - qəzetə müsahibədə “Virgin Galactic”in icraçı direktoru Corc Uaytsayds deyib.
“National” qeyd edir ki, uçuş meydançası tikilməzdən əvvəl BƏƏ vətəndaşı kosmosa uçmaq imkanı əldə edəcək. Belə ki, ölkədə tezliklə müsabiqə elan olunacaq və qalib 250 min dollarlıq biletlə mükafatlandırılacaq. Həmin biletlə o, “Virgin” şirkətinin ilk özəl kosmik komandasının tərkibində yerətrafı orbitə qalxa biləcək.
BƏƏ-nin “Aabar Investments” şirkəti “Virgin Galactic” özəl kosmik şirkətinin səhmlərinin 37,8 faizinə sahibdir və artıq bu layihəyə 300 milyon dollar vəsait yatırıb.
Qeyd edək ki, özəl kosmik komandanın uçuşu cari ilin dekabrında Nyu-Mexiko ştatından start götürəcək. Standart xidmətlər paketinə 5 dəqiqə çəkisizlik vəziyyətində qalma və Yeri 1,6 min km hündürlükdən müşahidə etmək imkanı daxildir, - “İTAR-TASS www.itar-tass.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL