waplog

Kəndlərdə stasionar telefona olan tələbatın ödənilməsi məqsədilə yeni texnologiyalar tətbiq edilir


Rabitə  və  yüksək  texnologiyalar  naziri  cənab  Əli  Abbasovun  ayrı-ayrı  rayonlarda  bölgə  sakinləri  ilə  keçirdiyi  qəbullar  zamanı  yeni EATS-lərin tikintisi və telefonlaşma ilə əlaqədar daxil olmuş müraciətlərə əsasən Şəmkir, Bərdə, Tər-Tər, Quba, Şabran rayonlarının ümumilikdə 7 yaşayış məntəqəsində yeni EATS-lər quraşdırılaraq fiber-optik kabellərlə  dövrəyə  alınıb,  İsmayıllı TKQ-nin  mərkəzi  EATS-i  ilə Lahıc kənd EATS-i arasında 20 km-dən artıq məsafədə fiber-optik kabel xətti çəkilərək istifadəyə verilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov YAP-ın rəsmi saytına verdiyi müsahibəsində deyib.
 
Onun sözlərinə görə, birliyin xidmət ərazisinə daxil olan rayon mərkəzlərində, qəsəbə və kəndlərdə stasionar telefona olan tələbatın ödənilməsi, bu sahədə vətəndaşlardan daxil olan müraciətlərin qısa müddətdə həll edilməsi və EATS-lərdə olan boş nömrələrin səmərəli istifadəsi məqsədilə yeni texnologiyaların tətbiqi nəzərə alınmaqla kabel materiallarına, digər köməkçi materiallara və avadanlıqlara olan tələbat barədə təkliflər işlənib hazırlanıb. Təkliflərdə cənab nazir tərəfindən bölgələrdə vətəndaşların qəbulu zamanı RYTN-ə olan müraciətlər ilk növbədə nəzərə alınıb. “Aztelekom” İstehsalat Birliyinin rayon telekommunikasiya qovşaqlarının ayrı-ayrı EATS-lərində olan boş tutumların istifadəyə verilməsi məqsədilə xətt şəbəkəsinin genişləndirilməsi, yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, əhalidən, yerli icra hakimiyyəti orqanlarından daxil olmuş müraciətlərin icrası məqsədilə ilkin mərhələdə 38 TKQ-nin xidmət ərazisində 205 obyektdə tikinti işlərinin aparılması müzakirə olunub.

Ümumilikdə 196 obyektdə xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işlərinə başlanılıb, 1 aprel 2014-cü il tarixədək 162 obyektdə işlər artıq başa çatıb.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL