Dünyanın ilk 4 terabaytlıq “SAS” interfeysli sərt diski nümayiş olunub
“SanDisk Corporation” şirkəti yeni "Optimus MAX” bərk cisimli toplayıcı nümayiş etdirib. Şirkət onu “SAS” interfeysli 4 terabaytlıq sərt disklər (SSD) sahəsində dünyanın birinci bərk cisimli toplayıcısı adlandırır. Toplayıcının tutumu şpindelinin fırlanma sürəti dəqiqədə 10-15 min dövrə təşkil edən ən qabaqcıl 2,5 düymlü “SAS” interfeysli sərt diskdən yüksəkdir. Mütəxəssislər əmindirlər ki, onların qurğusu məlumat emalı mərkəzlərində ənənəvi sərt diskləri əvəz edəcək.
“Optimus MAX”-ın əsas fərqləndirici cəhətləri arasında “SATA SSD” ilə müqayisədə əlverişli qiyməti qeyd olunur. Bununla yanaşı, yeni toplayıcıların məhsuldarlıq və funksionallığı çox yüksək səviyyədədir. “SanDisk Corporation” şirkətinin korporativ məlumat saxlancı bölməsinin baş vitse-prezidenti və baş meneceri Con Skaramussonun sözlərinə görə, əksər şirkətlər çoxdandır sərt disklərdən (HDD) fləş-yaddaşdan istifadə edən həllərə keçmək üçün üsullar axtarır. İndiyədək bundan onları qiymət məsələsi çəkindirib, lakin “Optimus MAX” onları kompromisə getməyə məcbur etmir və özündə ən yaxşı keyfiyyətləri birləşdirir.
Yeni toplayıcı çoxlu texnologiya və funksiyanı, o cümlədən "FlashGuard”, “DataGuard”, “EverGuard” texnologiyalarını dəstəkləyir. Cari ilin üçüncü rübündə satışa çıxarılacaq qurğu 19 nanometrlik “MLC NAND” mikrosxemlərindən istifadə edir, - "3DNews www.3dnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL