waplog

Beş ildən sonra DNK proqramlaşdırılmış ilk nanorobotlar yaradılacaq


Alimlər nanotexnologiyalar sahəsində yeni uğurun astanasındadırlar. Tədqiqatlar uğurla başa çatsa, artıq 5 ildən sonra insan orqanizmindəki canlı hüceyrələrin daxilində fəaliyyət göstərə biləcək DNK proqramlaşdırılmış ilk nanorobotlar yaradılacaq.

Yeni texnologiya onkoloji xəstəliklərin diaqnostikası və müalicəsindən başlayaraq insan hərəkətlərinin idarə edilməsinədək mükəmməl potensiala malikdir.   
Tədqiqatlar İsrailin Bar-İlan Universitetinin tədqiqat qrupu tərəfindən aparılır. Nanorobotların DNK tellərindən yaradılması üçün onlar kifayət qədər nəzəri və texniki bazaya malikdirlər. Hazırda nanorobotlar canlı tarakanların daxilində yerləşdirilməklə sınaqdan keçirilir. Yaxın gələcəkdə bu texnologiyanın insanlar üzərində də tətbiq ediləcəyi gözlənilir.   

İsrail alimlərinin işi “Nature Nanotechnology” elmi jurnalında dərc edilib. Onlar ilk dəfə olaraq bilavasitə canlı orqanizmin daxilində bu cür proqramlaşdırmanın mümkünlüyünü sübut edə biliblər. Tədqiqatların nəticələrindən məlum olub ki, nanorobotlar müxtəlif molekulların köməyilə orqanizmin funksiyalarına təsir edə bilir. Burada söhbət orqanizmin daxilində olan nanorobotların geniş hesablama imkanlarından gedir.    

Əldə olunmuş nəticələr texnologiyanın gələcəkdə geniş tətbiq olunacağından xəbər verir. Misal üçün, nanorobotlar xərçəng hüceyrələrini və ya toksik molekulları aşkar edərək məhv etməklə daşıyıcının orqanizmini zəhərlənmədən qoruya bilər. Bu cür nanorobotlar aqressiv vəziyyətə cavab olaraq depressiya əleyhinə və trankvilizator molekullarını da buraxa bilər. Belə terapiya həbsxana və digər islah müəssisələrində yaxşı alternativ ola bilər, - “Scienceblog www.scienceblog.ru” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL