Üç ekranlı smartfon
Kanadada Kuins Universitetinin mühəndisləri təsvirin göstərilməsi üçün "elektron mürəkkəb" texnologiyasından istifadə edən üç ekranlı smartfonun işçi prototipini nümayiş etdiriblər. Qurğu “PaperFold” adlandırılıb, onun köməyilə zəng etmək, mətn mesajları göndərmək və internetdə “gəzişmək” olar, amma təqdim edilmiş prototipin əsas üstünlüyü birləşdirilmiş ekranlardır.
“ICTnews" elektron xəbər xidməti “tech.oliner.by” saytına istinadən bildirir ki, “PaperFold” qurğusunun konstruksiyası ondan "transformer" kimi istifadəyə icazə verir: ekranların yerləşməsindən asılı olaraq aparatın imkanları dəyişir. Məsələn, smartfonu mini-noutbuka çevirmək olar. Hazırda bu həll hələ ki prototip mərhələsində mövcuddur, Kanada mühəndisləri hələ ki onun kommersiya tətbiqi haqqında düşünmürlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL