Azərbaycan Texniki Universitetində İnnovasiya və Layihələrin İdarə Edilməsi Mərkəzi yaradılacaq
Ukrayna Elmlər Akademiyasının akademiki, Layihələrin İdarə Edilməsi Ukrayna Assosiasiyasının yaradıcısı və prezidenti, texnika elmləri doktoru, professor Sergey Buşuyev mayın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) olub və universitetin rektoru, professor Havar Məmmədovla görüşüb.
Universitetdən verilən məlumata görə, görüşdə Layihələrin İdarəedilməsi Azərbaycan Assosiasiyasının prezidenti, texnika elmlər doktoru, Kiyev İnşaat və Memarlıq Milli Universitetinin Layihələrin İdarəedilməsi kafedrasının professoru İqbal Babayev də iştirak edib.
Görüş iştirakçıları Azərbaycan Texniki Universitetində yaxın gələcəkdə layihələrin və proqramların idarə edilməsi üzrə İnnovasiya və Layihələrin İdarə Edilməsi Mərkəzinin yaradılması, AzTU-nun bazasında Layihələrin və Proqramların İdarə Edilməsi üzrə magistrlərin hazırlanması proqramının tətbiq edilməsi və iki universitet arasında bu sahədə əməkdaşlığın davam etdirilməsini məqsədəuyğun hesab ediblər.
Görüşdə qloballaşma dövründə layihə və proqramların idarə edilməsi texnologiyalarının əhəmiyyətindən ətraflı danışılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL