waplog

Mərkəzləşdirilmiş Kredit Reyestrində 2 milyondan artıq borcalan haqqında məlumat toplanılıb


Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) 2013-cü ilin I rübündə 41 bank və 27 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib.
 
 
“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Mərkəzi Bankdan (MB) bildirilib ki, dövr ərzində reyestrdə 618,979, o cümlədən banklar və BOKT-lər tərəfindən 609,500 sorğu həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən  sorğuların sayı (2013 – 429,385) 1.44 dəfə artıb. 9,479 (2013 – 928) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib. Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 2,042,650, kredit məlumatlarının sayı 7,096,386, cəmi zaminlərin sayı isə 918,484 olub. Tam ödənilmiş kreditlər haqqında məlumatlar, habelə həmin məlumatların aid olduğu borcalan və zaminlər də statistikaya daxildir.
 
 
Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditlər haqqında məlumatlar toplanılır. Bu məlumatlardan istifadə hüququ kredit müraciətçisini qiymətləndirmək məqsədilə yalnız banklara, bank olmayan kredit təşkilatlarına, habelə haqqında məlumat toplanmış şəxslərə məxsusdur.
 
MKR bankların və “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının cari və potensial borcalanlarının ödəmə qabiliyyəti haqqında məlumatlar almaq, borcalanların icra intizamını və borcalma nüfuzunun qorunmasını təşviq etmək, habelə bankların və BOKT-lərin kredit risklərini azaltmaq məqsədi daşıyır.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL