“Startup Azərbaycan” layihəsi çərçivəsində ADA Universitetində görüş keçirilib
Startup Azərbaycan” layihəsi çərçivəsində ADA Universitetində görüş keçirilib.
ADA Universitetinin müəllim və tələbələrinin qatıldığı toplantıda “Startup Azərbaycan” komandasının üzvləri, startup sahibləri və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) nümayəndələri iştirak ediblər.
“Startup Azərbaycan” Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi, “Startup Azərbaycan” layihəsi və Startup Müsabiqəsi haqqında geniş məlumat verib.
Görüşdə İTİDF-nın icraçı direktorunun müavini Azər Bayramov çıxış edərək İnternet biznesi sahəsində mövcud vəziyyət, İT layihələrə dövlət dəstəyi, Fond tərəfindən elan edilən Qrant müsabiqəsi haqqında məlumat verib.
Toplantıda, həmçinin “Startup Azərbaycan” komandasının üzvü, hazırda ABŞ-da Silikon Vadisində İnternet-bizneslə məşğul olan Qərib Mehdiyev, “İnfiPro” şirkətinin rəhbəri Eldar Abbasov, ADA Universitetinin departament rəhbəri Rahid Ələkbərli İnternet-biznes və startuplar sahəsində uğurlu biznes qurmaqla bağlı və bu sahədəki müasir trendlərlə bağlı məlumat veriblər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL