Məşhur “slide to unlock” necə yaranıb?
"Apple" şirkətinin rəsmiləri ilk öncə "iPhone" smartfonunun ekranını həmişə aktiv şəkildə saxlamaq istəyiblər, amma bir sıra problemlərin yaranacağını nəzərə alaraq bu fikirdən imtina ediblər. Məhz bundan sonra smartfonun bir jestlə (slide to unlock) blokdan çıxarılmasını yaratmaq qərarı qəbul edilib.
"ICTnews" elektron xəbər xidməti "macradar.ru" saytına istinadən bildirir ki, CNET nəşrinin hesabatına əsasən, "iPhone" smartfonu və bütün istifadəçilər üçün aydın və sadə interfeysin hazırlanmasına təxminən 3 il vaxt gedib və bütün bu vaxt ərzində layihə "Project Purple" adı altında gizli saxlanılıb.
"Bizim üçün ən çətin bütün insanlar üçün intuitiv aydın interfeysin yaradılması olub" – "iPhone"nun yaradıcılarından biri Qreq Kristi yazır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL