waplog

“İntel” vədinə xilaf çıxdı


Veb-mənbələrin məlumatına əsasən, “İntel” korporasiyası növbəti nəsil “Cedar Trail” mobil platformasının təqdimatını təxirə salmağa məcbur olub.

Qeyd edək ki, şirkət “Cedar Trail”i sentyabr ayında təqdim edəcəkdi. Lakin indi bildirilib ki, platformanın çıxışı ən yaxşı halda noyabr ayından sonra ola bilər. Bunun səbəbi isə qrafik alt sistemin drayverləri ilə bağlı yaranan problemdir. Belə ki, onlar “Windows 7” sertifikatlaşdırmasını keçə bilməyiblər.

“Cedar Trail” əsasında olan netbuklar üçün müvafiq olaraq 1,6 və 1,86 QHz takt tezlikli “Atom N2600” və “N2800” çiplərinin çıxarılışı planlaşdırılır. Çiplər 2 nüvəli olacaq, “Hyper-Threading” çoxaxınlılıq texnologiyasını, “DDR3” yaddaş kontrollerini, həmçinin “DirectX 10.1” proqram interfeysinin dəstəyi ilə inteqrasiya edilmiş qrafik kontrolleri dəstəkləyəcək. Prosessorlar 32 nanometr texnologiya üzrə hazırlanacaqlar; onlar hazırkı “Atom N475” və “N455” modellərini əvəz edəcəklər. Yeni nəsil “Atom” prosessorlarının qiyməti 42-52 dollar arasında olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL