“Swatch” və “Apple” üz-üzə gəliblər
“Bloomberg” agentliyi yazır ki, “Swatch” şirkətlər qrupu tədbir görür ki, “Apple” öz smart saatlarını “iWatch” adlandırmasın.
Nəhəng saat istehsalçısı “Swatch” artıq “iSwatch” modelini buraxır və hesab edir ki, “Apple”ın gələcək məhsulunun adı qarışıqlıq yaradacaq. İsveçrə firması Amerika korporasiyası tərəfindən yeni brendin qeydiyyatdan keçirilməsinin qarşısını almaq istəyir.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Swatch”ın baş direktoru Nik Xayek deyib ki, şirkət ticarət markasının qeydiyyata alındığı bütün ölkələrdə onun hüququnu qoruyacaq.
Hazırda “Apple” şirkəti “iWatch” ticarət markasının Yaponiyada qeydiyyat proseduruna başlayıb. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı saytının məlumatına görə, dünyada 50-dən çox şirkət müxtəlif fəaliyyət sahələrində “iWatch” ticarət markasından istifadə edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL