waplog

ABŞ-da yaddaşın bərpası üçün cihaz yaradılır


ABŞ Müdafiə Nazirliyi yanında perspektiv tədqiqat layihələri İdarəsinin mütəxəssisləri bildiriblər ki, yaddaşını itirmiş şəxslərin yaddaşını bərpa edə biləcək yeni qurğu üzərində işləyirlər.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, alimlər sözügedən ixtiranın hərbi xarakter daşıdığını gizlətmirlər. Belə ki, qurğu, ilk öncə, bu və ya digər döyüş tapşırıqlarının icrası zamanı yaddaşını itirmiş əsgərlərdə tətbiq ediləcək. Buna görə də qurğunun xüsusiyyətləri hələ ki məxfi saxlanılır;  yalnız o məlumdur ki, qurğu hansısa formada hippokampla qarşılıqlı əlaqədə olacaq.
 
Hər halda, amerikalı alimlərin yeni həlli xüsusi əhəmiyyətə malikdir, çünki bu yaxın vaxtlara kimi hesab edilirdi ki, deklarativ yaddaş bərpa olunmur. Əgər qurğu işləsə, gec-tez mülki xəstəxanalarına da əlçatan olacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL