“Apple” ABŞ-ın smartfon bazarında liderliyinə davam edir
“ComScore” şirkətinin son hesabatı ABŞ-da smartfon istehsalçıları arasında “Apple” şirkətinin liderliyini (41%) təsdiqləyib. İkinci yerdə 27% bazar payına sahib “Samsung” qərarlaşıb. “LG”, “Motorola” və “HTC” şirkətləri ilk beşlikdə qərarlaşıb.
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Apple”ın smartfon bazarında payı 0,4% azalıb (41,8-dən 41,4%-dək), halbuki “Samsung” bazar payını 0.9% (26,1-dən 27,0%-dək) artırıb.
Mobil platformalara gəlincə, birinci yerdə “Android”, ikincidə “iOS” qərarlaşıb. Sonrakı yerlərdə “Windows Phone”, “BlackBerry” və “Symbian” platformaları gəlir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL