“Panasonic” televizor istehsalının həcmini azaldır
Yaponiyanın elektronika istehsalçısı “Panasonic” şirkəti televizor biznesini optimallaşdırmaq və itkiləri azaltmaq məqsədilə öz müəssisələrində televizor buraxılışının həcmini azaldır. Şirkətin planları barədə “Nikkei” biznes nəşri məlumat verib.
Məlumata görə, “Panasonic” əsasən ABŞ bazarı üçün televizorların yığıldığı Meksikada yerləşən zavodunda istehsal həcmini aşağı salıb. Bu zavodda həmçinin işçilərin ixtisarı həyata keçiriləcək. Əvvəllər plazma televizorların buraxılışı ilə məşğul olan Tailand müəssisəsi avtomobil komponentləri istehsal edəcək.
Gələcəkdə “Panasonic” markalı televizorların istehsalı Malayziya, Çexiya və Yaponiyada yerləşən üç zavodda cəmləşəcək. Bu zavodlarda “4K” təsvir ölçüsünü dəstəkləyən modellərin buraxılışının artırılması planlaşdırılır. Ötən il Yaponiya şirkəti televizor istehsalının yalnız 10 faizini kənar resurslardan istifadə etməklə həyata keçirib. Hazırda bu göstərici 30 faizədək artırılıb və gələcəkdə daha da artırılması gözlənilir.
2015-ci ilin martınadək davam edəcək cari maliyyə ilinin yekunları üzrə “Panasonic” televizor satışından 4 faizlik mədaxil artımı (376,2 milyard yen) ilə 2,6 milyard yen (25,1 milyon dollar) əməliyyat itkisi ilə üzləşəcəyini proqnozlaşdırır. İstehsalçı televizor biznesini artıq növbəti maliyyə ilində itkisiz səviyyəyə çıxarmağı planlaşdırır.
Digər şirkətlər də televizor buraxılışını kənar istehsalçılara etibar edir. Belə ki, "Toshiba” və “Sony” şirkətləri televizor qurğularının yalnız 30 faizini müstəqil şəkildə yığır, - "3DNews www.3dnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL