waplog

“Volvo”nun sürücüsüz avtomobilləri İsveçin yollarında


“Volvo” avtokonserni son istehlakçılara əlçatan olan sürücüsüz maşınların istehsalına başlayıb. Hələ ki yalnız 100 avtomobil buraxılıb və maşınların bəziləri mayın əvvəlində İsveçin Qetenborq şəhərinin küçələrində görsənib.
 
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, sürücüsüz avtomobillərin mövcudluğu yeni xəbər deyil. Belə ki, hələ 2010-cu ildə “Google”un sürücüsüz avtomobilləri haqqında xəbər yayılıb. Amma “Volvo”nun belə nəqliyyat vasitələri adi orta statistik istehlakçı üçün nəzərdə tutulub.
 
"Bu avtomobillər düz zolaq üzrə hərəkət etməyə, sürət rejiminə riayət etməyə və axınla getməyə qadirdir" – “Volvo”nun texniki mütəxəssisi Erik Koelinx deyib. Layihə “Drive Me” adlanır və son nəticədə  avtomobilin sürücüsüz idarəetməyə keçidini nəzərdə tutur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL