waplog

Bakıda Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatı keçiriləcək


Azərbaycanda  Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatı keçiriləcək. Kiber İdman Federasiyasından "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu günlərdə Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatının Bakıda təşkili ilə bağlı memorandum imzalanıb.
 
İmzalanma mərasimində Azərbaycan Gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) baş katibi VonSuk O (WonSuc Oh) və Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev iştirak ediblər.
 
Memorandumda tədbirin rəsmi adı "6th e-Sports World Championship BAKU 2014" (Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatı) olacağı, yarışın 12-17 noyabr "Baku Crystal Hall"da keçiriləcəyi qeyd edilib.
 
Bundan əlavə, oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq, Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ var. Yekun nəticədə "IeSF" yarışların kişilər arasında "DOTA 2" (VALVE), "STARCRAFT II: HEART OF SWARM" (BLIZZARD) növləri üzrə, qadınlar arasında isə "STARCRAFT II: HEART OF SWARM" (BLIZZARD) və "TEKKEN TAG TOURNAMENT 2" (NAMCO BANDAI) növləri üzrə keçiriləcəyi müəyyən edilib.
 
Hazırda çempionatın proqramına "Street Fighter Series", "Hearth Stone", "Pro Evolution Soccer" və başqa əlavə növlərin daxil edilməsinin mümkünlüyü, həmçinin təşkilatı və lisenziya ilə bağlı digər məsələlər nəzərdən keçirilir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL