“Google Glass” smart-eynəyi “Google Wallet” elektron ödənişlər sistemini dəstəkləyəcək
"Google" internet korporasiyası "Google Glass" smart eynəyinə jest və səs əmrlərinin köməyi ilə məhsul və xidmətlərin ödənişi üçün "Google Wallet" elektron ödənişlər sisteminin tətbiqini planlaşdırır.
"TechCrunch" nəşri şirkətə yaxın mənbəyə istinadən yazır ki, "Google" hazırda xidməti sınaqdan keçirir və onu yaxın vaxtlarda "Google Glass" istifadəçilərinə təqdim edə bilər.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, pulu öz hesabından başqa hesaba köçürmək üçün istifadəçi yalnız "pulu göndərmək" deməli və bir sıra jestlər etməli olacaq. Nəşrin məlumatına görə, "Google" əməliyyata görə 0,3 dollar və ya dəyərinin 2.9%-i məbləğində komissiya haqqı tutacaq.
"Glass" smart eynəyinin köməyi ilə video çəkmək, tərcüməçi xidmətindən istifadə etmək, mesaj göndərmək və video konfranslar həyata keçirmək olar. Bu qurğuda kompüter displeyi göz səviyyəsindən bir qədər yüksəkdə yerləşir və bu, cihaz sahibinə əsas məşğuliyyətlərdən diqqətini yayındırmamağa kömək edir. Eynəyə "Bluetooth" və "Wi-Fi" modulları quraşdırılıb ki, bu da smartfonun köməyi ilə faylları ötürməyə imkan verir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL