waplog

BDU rektoru: “Yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq əsas strateji xətdir”


“OPTEK” şirkətinin nümayəndələri Bakı Dövlət Universitetində olublar.  “OPTEK” şirkətinin Rusiya və MDB üzrə baş meneceri Maksim İqelnik və “OPTEK”-in Azərbaycan nümayəndəliyinin direktoru Nataliya Həmzəyeva ilə keçirilən görüşdə BDU rektoru, akademik Abel Məhərrəmov “OPTEK”-in 2012-ci ildə təşəbbüsü ilə Almaniyanın “Carl Zeis” şirkətinin istehsal etdiyi optik mikroskopları BDU-ya hədiyyə etdiyini və bu cihazların təhsilin keyfiyyətinin yaxşılaşmasında müstəsna rolu barədə məlumat verib.
 
Maksim İqelnik Bakı Dövlət Universitetinin elmi tədqiqat laboratoriyalarının müasir avadanlıqlarla təchiz olunduğundan razı qaldığını bildirib, elmi tədqiqat işlərinin səviyyəsinin yüksək olduğunu qeyd edib.
 
BDU-dan verilən məlumata görə, “OPTEK” ilə BDU arasındakı gələcək əməkdaşlıqdan danışan qonaq universitetdə gənc tədqiqatçılara diqqət yetirilməsini dəyərləndirib və BDU-nun gənc alimlərinin “OPTEK”-in gənc alimlər üçün ayırdığı qrant müsabiqələrində iştirak etməsini tövsiyə edib. Rektor Abel Məhərrəmov bildirib ki, məqsəd gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən müasir avadanlıqla təchiz etməkdir:
 
 “Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da alırlar. Buna görə də yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq əsas strateji xətdir”.
 
Rektor BDU-ya yaxın zamanlarda alınacaq  bir sıra yeni cihaz və avadanlıqlar istiqamətində atılan addımlarda “OPTEK”-in roluna yüksək qiymət verib, qrant layihələri və universitet büdcəsi hesabına cihazların alınması barədə fikirlərini bildirib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL