"Windows Phone” sistemli smartfonların tədarükü 119 faiz artıb
“ABI Research” tədqiqat şirkəti dünya smartfonlar bazarı üzrə hesabat hazırlayaraq “Android” mobil əməliyyat sisteminin lider olmasını, hazırda daha çox artım tempini "Windows Phone” mobil əməliyyat sistemini nümayiş etdirməsini açıqlayıb.
Ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə 300 milyona yaxın smartfon buraxılıb ki, bunun da təxminən 80 faizi “Android”in idarəetməsi ilə işləyib. Bu qurğuların illik hesablamada tədarükü 24 faiz artıb.
“ABI Research” şirkətinin analitiki Nik Spenser bildirib ki, adi mobil telefonların bazarın ümumi həcmində payı 5 faiz bənd aşağı düşüb, “Android” sistemli smartfonlar bazarda böyük paya sahib çıxıb. Mütəxəssisin sözlərinə görə, “Google” şirkətinə məxsus mobil platforma – “Android” inkişaf etməkdə olan ölkələrdə mövqeyini möhkəmlədir ki, bu da ona gələcəkdə bazar payını artırmağa imkan verəcək.
“iPhone” modellərinin buraxılışı da artır, lakin artım tempi (17 faiz) “Android” sistemli aparatlardan az olub. Ekspertlər qeyd edirlər ki, “iPhone 5c” modeli “Apple” şirkətinin smartfonlar bazarında payının artmasına cüzi töhfə verib. Cari ilin yanvar-martında 43,7 milyon “iPhone” buraxılıb, halbuki əvvəlki rübdə bu göstərici 54 milyon ədədə bərabər olub.
Ötən rübdə “Windows Phone” mobil əməliyyat sistemi böyük sıçrayış edib. Belə ki, bu sistemin idarəetməsi ilə işləyən smartfonların tədarükü 2013-cü ilin birinci rübü ilə müqayisədə 119 faiz artaraq 13,3 milyon qurğuya çatıb. “ABI Research” “Windows Phone”nu “Android” və “iOS” sistemləri ilə rəqabət apara biləcək yeganə həyat qabiliyyətli ekosistem adlandırır.
Bir müddət əvvəl “Canalys” şirkəti “Windows Phone”u ən sürətli inkişaf edən mobil platforma olduğunu qeyd edib: 2013-cü ilin dördüncü rübündə bu sistemli smartfonların tədarük həcmi illik hesablamada 69 faiz yüksəlib. Müqayisə üçün qeyd edək ki, “Android”də analoji tərəqqi 54, “iOS”-da 7 faiz təşkil edib, - “DailyComm www.dailycomm.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL