İTİDF-nin Müşahidə Şurası müvəkkil banklara kredit xətlərinin açılması ilə bağlı qərar qəbul edib
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası müvəkkil banklara kredit xətlərinin açılması ilə bağlı qərar qəbul edib.
Müşahidə Şurasının iclasında Fondun icraçı direktoru Elçin Zeynalov bildirib ki, fondun müəyyən etdiyi müvəkkil banklar olan "DəmirBank", "Bank Respublika", "RabitəBank", "PaşaBank", "BTB Bank" artıq iddia etdikləri kredit xətlərinin həcmini müəyyən ediblər.
"DəmirBank", "Bank Respublika", "PaşaBank" kimi bankların hər biri 1 milyon manat, "RabitəBank" 600 min manat, "VTB Bank" isə 400 min manat həcmində kredit xətlərinin açılması üçün müraciət ediblər".
Müşahidə Şurasının qərarına əsasən, qeyd edilən banklara ümumilikdə 4 milyon manat həcmində kredit xətti açılacaq və banklara ayrılan vəsaitlər yerləşdirilməyənədək onlara yeni kredit xətti açılmayacaq. Qalan vəsaitlər rezerv kimi saxlanılacaq və tələb olunduğu halda layihələrin əlavə maliyyələşməsinə yönəldiləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL