ABŞ-da dünyanın ən kiçik radioqəbuledicisi yaradılıb
ABŞ-da dünyanın ən kiçik radioqəbuledicisi yaradılıb. Qurğunun qalınlığı insan saçından min dəfə nazik olsa da, radiodalğaları səsli dalğalara çevirə bilir. Kaliforniya Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan radioqəbuledici hər birinin diametri cəmi bir neçə atomdan ibarət karbon nanoborulardan yaradılıb.
Radio tərtibatçıları Piter Berk və Kris Ruterqlenin sözlərinə görə, qurğunun yaradılmasında ən böyük çətinlik radiosistemə mikroskopik detektorun tətbiqi olub.
Mikro-radioqəbuledici radiosiqnalları bir neçə metr məsafədən qəbul edir. Keçirilən sınaqlarda Kaliforniya alimləri musiqini adi “iPod” pleyerindən radioqəbulediciyə simsiz kanal vasitəsilə translyasiya ediblər.
“Hazırda bizim qurğuda radioqəbuledicinin işinin tərkib hissəsi olan iki vacib aparat var, lakin yaxın vaxtlarda biz nanoölçülərə malik tam funksional qurğu yaratmaq niyyətindəyik”, - tərtibatçılar deyib.
Ekspertlər qeyd edirlər ki, bu gün əksər şirkətlər karbon nanoborularda olan potensialla maraqlanır. Mütəxəssislər güman edirlər ki, onların bazasında çoxlu mikroskopik radiocihazlar, eləcə də bioloji, fiziki və kimyəvi ötürücülər yaratmaq mümkündür, - "Cybersecurity www.cybersecurity.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL