waplog

Digər “Apple” məhsullarında da “Touch ID” tətbiq ediləcək


Tayvanın “TSMC” şirkəti “Apple” qurğularının növbəti nəsli üçün “Touch ID” barmaq izləri skanerlərinin birinci partiyasının istehsalına başlayıb. Bu haqda “cecb2b.com” saytı yazıb.
 
“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, “iPad Air” və “mini” planşetlərinin növbəti nəslində daktiloskopik sensorun olacağını “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuo hələ bir neçə ay əvvəldən xəbər vermişdi.
 
Hazırda “Touch ID” yalnız smartfonun blokdan çıxarılması zamanı və “App Store” onlayn mağazasından alış-veriş etdikdə parol daxil edilməsinə alternativ kimi istifadə olunur. Amma ötən ay Tim Kuk jurnalistlərin diqqətinə çatdırıb ki, bu ötürücüdən istifadə edən ödəniş sistemi yaradılacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL