waplog

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda birinci qrant müsabiqəsinin cari vəziyyəti və müvəkkil kredit təşkilatlarının kredit xəttinin açılması məsələləri müzakirə edilib.

Tədbirdə fondun icraçı direktoru Elçin Zeynalov bildirib ki, artıq qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu başa çatıb. "Mayın 2-də başa çatan müsabiqə çərçivəsində fonda 193 layihə daxil olub, onların əksəriyyəti elektron formada təqdim edilib.

Təqdim edilən layihələrin 55-i İKT xidmətlərinin genişləndirilməsi və internet xidmətlərinin inkişafı ilə bağlı olub, 26-sı innovativ İKT məhsullarının nümunələrinin hazırlanması ilə bağlı, 41-i innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması layihələri, 22-si müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, 43-ü mütərəqqi proqram təminatının hazırlanması, 6-sı qarışıq sahələr üzrə layihələrdir. Qarışıq layihələrdə bütün qeyd edilən sahələrdən elementlər mövcuddur.

E. Zeynalovun sözlərinə əsasən, fond yaxın 15 iş günü ərzində layihələrin ilkin ekspertizasını keçirəcək. "Növbəti mərhələdə 20 iş günü ərzində layihələrin kompleks ekspertizası həyata keçiriləcək, daha sonra layihələr yekun qərarın verilməsi üçün Müşahidə Şurasına təqdim ediləcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL