waplog

DRİ-nin nümayəndəsi “Svyaz-Ekspokomm 2014” sərgisində iştirak edəcək


Mayın 13-dən 16-dək Rusiyanın paytaxtı Moskva şəhərində telekommunikasiya avadanlığı, nəzarət sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə  26-cı beynəlxalq “Svyaz-Ekspokomm 2014” sərgisi keçiriləcək.
 
Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, sərgidə  iştirak etmək məqsədilə idarənin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin mühəndisi E.Mikayılov Moskva şəhərinə ezam edilib.
 
Qeyd edək ki, “Svyaz-Ekspokomm”  Avropada informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ən böyük beynəlxalq sərgidir. Bu nümayiş İT bazarın tendensiyalarını izləməyə, bazarda müəssisənin mövqelərini qiymətləndirməyə, ziyarətçilərin reaksiyalarını təhlil etməyə, eləcə də genişmiqyaslı reklam tədbirləri keçirməyə imkan verməklə şirkətlərin fəaliyyətində əhəmiyyətli rol oynayır.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL