“Apple” planşetləri istehlakçı məmnunluğunun səviyyəsinə görə liderdir
"J.D. Power and Associates" tədqiqat şirkəti yeni "Tablet Satisfaction Study" sorğu redaksiyasını tərtib edib ki, istifadəçilərin planşetlərə məmnunluq dərəcəsi öz əksini tapıb. "iPad" planşeti üçüncü dəfə bu reytinqdə liderlik qazanıb.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlər insanlardan planşetlərə öz münasibətini beş əsas amil üzrə qiymətləndirməyi xahiş edib: məhsuldarlıq, istifadə sadəliyi, funksionallıq, stil və dizayn, qiymət. 2013-cü ilin sentyabrından 2014-cü ilin fevralınadək keçirilmiş sorğuda 2500-dən çox planşet kompüteri sahibi iştirak edib.
"iPad" sahibləri qurğudan məmnunluq dərəcəsini 1000 ballıq şkala üzrə 833 bal qiymətləndiriblər. İkinci yerdə 822 bal toplamış "Samsung" qərarlaşıb. "ASUS" şirkəti 820, "Amazon" 817 və "Acer" 769 bal toplayıb.
İnsanları planşet satın almağa vadar edən ən vacib amil qiymətdir – rəyi soruşulmuş şəxslərin 25%-i belə hesab edirlər. Respondentlərin 22%-i funksionallığı əsas səbəb göstərib. Sorğu iştirakçılarının 21%-i üçün brendin nüfuzu əsas olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL