waplog

Yaponiya mobil operatoru “5G” rabitəsini sınaqdan keçirir



Yaponiyanın “NTT Docomo” mobil operatoru 2020-ci ildə işə salacağı “5G” texnologiyasının sınaqlarının keçirilməsini bəyan edib. Şirkətin məlumatına görə, sınaqlar “Alcatel-Lucent”, “Ericsson”, “Fujitsu”, “NEC”, “Nokia” və “Samsung” şirkətlərinin avadanlıqları ilə aparılıb.

“NTT Docomo” nümayəndələrinin sözlərinə görə, onlar “5G” (beşinci nəsil şəbəkə) rabitəsi üçün 5 QHs-dən yuxarı olan radiodalğalardan istifadə etmək niyyətində olduqlarını bildirərək bu diapazonun çox yükləndiyini və onun bazasında zəifləyən və güclənən rabitə xətləri üçün böyük radiokanallı məlumat ötürmə sistemlərinin yaradılmasının mümkünlüyünü qeyd ediblər. Şirkətdən həmçinin bildirilib ki, yaxın bir neçə il ərzində operator texnologiyadan mobil rabitə üçün istifadəni uyğunlaşdırmaq niyyətindədir.
Sınağın keçirilməsi üçün mühəndislər 11 QHs tezlik diapazonunda 400 meqahers dalğasından istifadə ediblər. Məlumatlar saatda 9 km/saat sürəti ilə hərəkət edən avtomobildən ötürülüb.

Göstərilən sürət məlumatları bir neçə axına bölən “Multiple Input Multiple Output” (MIMO) texnologiyasının köməyi ilə əldə edilib. Məlumatların ötürülməsi üçün eyni zamanda 8, qəbulu üçün 16 antenadan istifadə olunub.  


“5G” şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq. Bu şəbəkənin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq.

Məhz bu planlar “Alcatel-Lucent”, “Ericsson”, “France Telecom”, “Huawei”, “Intel”, “Nokia Solutions and Networks” və “Telecom Italia” kimi şirkətlərin daxil olduğu “5GPPP” təşkilatının layihəsində yer alıb, - “Cybersecurity www.cybersecurity.ru” yazıb.


 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL