İki əməliyyat sistemi ilə təchiz olunmuş planşet
“ViewSonic” şirkəti cari ilin mart ayında “Computex 2011” beynəlxalq sərgisində təqdim olunmuş “ViewPad 10pro” planşetinin satışına başlayıb. Yeni planşet kompyuteri mövcud modellərdən fərqləndirən cəhət onun iki əməliyyat sistemi “Windows 7” və “Android 2.3 Gingerbread” platformaları ilə təchiz olunmasıdır.
“ViewSonic ViewPad 10pro” satışa iki versiyada çıxarılıb. Belə ki, “Windows 7 Professional” və “Android 2.3” platformaları ilə işləyən və 32 Qb həcmli bərk toplayıcı ilə təchiz olunmuş model 699 ABŞ dollarına satılacaq. 16 Qb-lıq SSD-diskli, eləcə də “Windows 7 Home Premium” və “Android 2.3” əməliyyat sistemləri ilə işləyən versiyanın qiyməti isə 599 dollar təşkil edir.
10,1 düymlü və 1024х600 təsvir ölçülü displeyi olan yeni planşetdə həmçinin 1,5 Qhs takt tezlikli “İntel Atom Z670” prosessoru, 2 Qbayt operativ yaddaş həcmi, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 2.1 + EDR” modulları, eləcə də “HDMİ” çıxışı təqdim olunur. Bundan əlavə qurğu 1,3 meqapikselli kamera, “microSD” kartları üçün slot (32 Qb-dək), akselerometr, “Full HD 1080p” standartlı video dəstəkləmək imkanı, eləcə də 8 saatlıq avtonom iş rejimi ilə təmin edən akkumulyatorla təchiz edilib. Onun ölçüləri 263х170х14,9 mm., çəkisi isə 800 qramdır.
www.mincom.gov.az
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL