waplog

Avstraliya “Magnus” superkompüterini təkmilləşdirir


Avstraliyanın "Pawsey" superkompüter mərkəzi "Magnus" superkompüterinin müasirləşdirilməsi planlarını elan edib. Superkompüterin yeni versiyası məhsuldarlığına görə "Cray XC 30" ilə eyni gücdə olmalıdır, buna görə 35 mindən çox işlək prosessor nüvəsi ilə təchiz ediləcək. Əsas prosessor qismində "Intel Xeon E5 2600 v3" çipi tətbiq ediləcək. Beləliklə, Avstraliya gücü 1 Petaflop/san-dən yüksək  superkompüterə malik olacaq.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Magnus" superkompüterinin cari rübdə işə salınacağı gözlənilir. Superkompüter istehsalçısının rəsmi bəyanatına əsasən, bu superkompüter cənub yarımkürəsində ən güclü olacaq. "Magnus"un hazırkı versiyası gücünə görə artıq köhnəlib: 3328 nüvəyə malikdir və məhsuldarlığı yalnız 69-da teraflop/san təşkil edir.

Yeni superkompüterdən geoloji elm, həmçinin radioastronomiya sahəsində istifadə ediləcəyi gözlənilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL