waplog

“iPhone 6” bir ay tez təqdim oluna bilər


“Apple” şirkəti “iPhone” smartfonunun yeni modelini 2014-cü ilin sentyabrında deyil, avqustunda nümayiş etdirə bilər. Bu haqda Tayvan KİV-nə istinadən “Reuters” agentliyi məlumat yayıb.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, avqustda 4.7 düymlük ekranla təchiz edilmiş model nümayiş etdiriləcək. 5.5 düymlük ekranla təchiz edilmiş “iPhone 6” smartfonu sentyabrda buraxılacaq. 2014-cü ildə “Apple” şirkəti 80 milyon yeni telefon nüsxəsi buraxmağı planlaşdırıb.
 
Yaponiyanın “Nikkei” nəşrinin məlumatına görə, şirkət “iPhone 6” üçün ekranları “Sharp”, “Japan Display” və “LG Display” şirkətlərindən sifariş edib. Böyüdülmüş ekran “Apple” şirkətinə “Samsung”la rəqabətdə mövqeyini qoruyub saxlamağa kömək etməlidir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL