Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sayı 54-ə çatıb
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilən 51 növü üzrə inzibati reqlamentlər "Hüquqi Aktların Dövlət Reyestrin"də elektron variantda dərc edilib.
Bu barədə "ICTnews" Elektron Xəbər Xidmətinə Nazirliyin Analitik informasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, "Vergi partnyorluğu Sazişi"nin bağlanması üçün ərizələrin qəbulu", "Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış"ın təqdim edilməsi və "Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi" üzrə elektron xidmətlərin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanıb.
Nazirlikdən bildirilib ki, elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir:
"Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və http://www.e-taxes.gov.az, http://www.e-gov.az, ünvanlarında istifadəçilərə təqdim olunur. Təqdim olunan yeni xidmətlər barədə ətraflı məlumatı https://www.e-taxes.gov.az və office@taxes.gov.az elektron ünvanından, nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən əldə edə bilərlər".
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL