waplog

Smartfonun köməyi ilə idarə olunan pilotsuz təyyarə


Fransanın “Parrot” şirkətinin nümayiş etdirdiyi “Bebop” pilotsuz təyyarəsini smartfon və ya planşetin köməyi ilə idarə etmək olar. Dron “balıq gözü” tipli 14 meqapiksellik kamera ilə təchiz edilib ki, bu da 180 dərəcə baxış bucağına imkan yaradır və 1080p formatında çəkiliş aparmağa icazə verir.
“Bebop”, həmçinin yeni sabitləşmə sistemi ilə təchiz edilib. Bundan başqa, əvvəlki nəsillər kvadrokopterlərdən fərqli olaraq, yeni model simsiz siqnalın yüksək etibarlılığı ilə seçilir.

“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, daxili GPS modulu pilotsuz təyyarəni bu və ya digər istiqamətdə uçuş üçün proqramlaşdırmağa icazə verir. Çəkilmiş material 8 QB-lıq fləş-daşıyıcıda saxlanılır.

“Bebop” mobil qurğunun köməyi ilə idarə olunur: bunun üçün “iPhone” və ya “Android” smartfona “Freeflight 3.0” tətbiqini quraşdırmaq lazımdır. Müəyyən məbləğ ödəyərək “HDMI” porta malik “Skycontroller” kontrollerini satın almaqla təsviri xarici monitor və ya televizora çıxartmaq olar. “Wi-Fi” siqnalını gücləndirən "pult"un 4 əlavə antenası dronun uçuş uzaqlığını 2 kilometrədək artırmağa imkan verir.

“Parrot” kvadrokopterinin əsas çatışmazlığı az tutumlu akkumulyatordur (1200 milliamper/saat). “Bebop” enerji ilə tam doldurulmuş akkumulyatorla havada 12 dəqiqə qalır.
“Bebop” pilotsuz təyyarəsinin qiyməti hələ ki açıqlanmır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL