Xaricdə təhsil almaq istəyənlərlə müsahibə şəffaflığın təmin olunması üçün audio-video çəkilişlə aparılacaq
"Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı" və "prioritet ixtisas istiqamətləri"nə uyğun olaraq, xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış vətəndaşlar üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə elan olunur.
Sənədlərin qəbulu 22 may - 8 avqust tarixləri ərzində elektron ərizə vasitəsilə həyata keçiriləcək. Elektron ərizələrin doldurulması üçün son tarix 08.08.2014-cü il, saat 23:59-dur. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən nazirliyə gələrək və ya sənədləri poçt vasitəsilə Təhsil Nazirliyinə göndərərək deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək. Tələb olunan sənədləri elektron ərizə vasitəsi ilə təqdim edən iddiaçıların müraciətlərinin qəbulu nazirlik tərəfindən təsdiqləndikdən sonra onlar 7-10 iş günü ərzində fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaq.
Nazirlikdən bildirilib ki, iddiaçılar elektron ərizə vasitəsilə müraciətlərinin mövcud vəziyyəti və mərhələləri barədə məlumatlandırılacaqlar: "Elektron qaydada təqdim olunan sənədlərin əslini (və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə zamanı əlaqədar şəxsə təqdim etməlisiniz. Nazirliyə təqdim olunacaq sənədlər geri qaytarılmır. Müsahibənin nəticəsində namizədlikləri müsbət qiymətləndirilən iddiaçıların siyahısı təsdiqlənmək məqsədilə Prezident yanında Təhsil üzrə Komissiyaya göndəriləcək, nəticələr nazirliyə daxil olduqdan sonra "Dövlət Proqramı təqaüdçüsü" adına layiq görülmüş şəxslərin siyahısı müvafiq internet səhifələrdə açıqlanacaq".
İştirak qaydalarına görə, Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir.
Nazirlikdən vurğulanıb ki, elektron qaydada təqdim olunan sənədlərin əsli (və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə zamanı əlaqədar şəxsə təqdim edilməlidir: "Müsahibə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün müraciət edən iştirakçılarla keçiriləcək fərdi müsahibələrin əsas məqsədi Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün müraciət edən iddiaçıların müvafiq tədris dili üzrə biliklərini müəyyən etməkdir.
Yalnız elektron ərizə vasitəsilə sənədlərini müvafiq qaydada nazirliyə təqdim edən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə şəxsən dəvət olunurlar. Şəffaflığın təmin olunması məqsədilə müsahibə zamanı audio-video çəkiliş aparılacaq və müsahibənin müddəti 15 dəqiqədən az olmayacaq".
Qeyd edək ki, xaricdə təhsil üzrə prioritet ixtisas istiqamətlərinə "Biznesin idarəolunması", "Fizika", "İqtisadiyyat", "İnformasiya texnologiyaları", "İnsan resurslarının idarəolunması", "Mühəndislik", "Nanotexnologiyalar", "Riyaziyyat" və s. sahələr daxildir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL