waplog

Nazirlər Kabineti ""Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nı təsdiq edib


"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında


 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

"Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
 

1. "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı" təsdiq edilsin (1 nömrəli əlavə).
 

2. "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər" təsdiq edilsin (2 nömrəli əlavə).
 

3. Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan informasiya sistemlərinin və ehtiyatlarının "Elektron hökumət" portalına qoşulması üçün zəruri tədbirlər həyata keçirsinlər.
 

4. "Elektron hökumət" portalının iştirakçıları portala qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərinin bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Texniki Tələblərə uyğunluğunu təmin etsinlər.


 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

                  



 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

  1 nömrəli əlavə

 

 

"Elektron hökumət" portalına qoşulmalı olan informasiya

sistemlərinin və ehtiyatlarının

 

 

SİYAHISI

 

 

Sıra №-si

İnformasiya sisteminin və ehtiyatının adı

1

2

 

1. Daxili İşlər Nazirliyi üzrə

1.1.

"Giriş-çıxış və qeydiyyat" idarələrarası məlumat axtarış sistemi

1.2.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi

 

2. Ədliyyə Nazirliyi üzrə

2.1.

"Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

2.2.

"Notariat Sənədlərinin Elektron Məlumat Bankı" informasiya sistemi

2.3.

"Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri" informasiya sistemi

2.4.

"Qeyri-kommersiya hüquqi şəxslər" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

2.5.

"Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

2.6.

"Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri" informasiya sistemi

 

3. İqtisadiyyat və Sənaye Nazirliyi üzrə

3.1.

İqtisadiyyat və Sənaye Nazirliyinin Vahid Elektron İdarəetmə Sistemi

 

4. Vergilər Nazirliyi üzrə

4.1.

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi 

 

5. Energetika Nazirliyi üzrə

5.1.

Energetika Nazirliyi tərəfindən verilən xüsusi razılıqlar (lisenziyalar) üzrə informasiya ehtiyatı

1

2

 

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə

6.1.

Ünvanlı sosial yardım alan ailələr üzrə informasiya sistemi

6.2.

Əlilliyi olan şəxslər üzrə informasiya sistemi

6.3.

Sosial müavinət və təqaüdlər  üzrə informasiya sistemi

6.4.

Məşğulluq üzrə vakansiya və müavinətlərin informasiya sistemi


 

 

 

7. Mədəniyyət və Turizm Nazirliyi üzrə

7.1.

Dövlət rəsm qalereyalarında saxlanılan əsərlərin reyestri

7.2.

CİS naviqasiya sistemi (gomap.az)

 

8. Təhsil Nazirliyi üzrə

8.1.

Milli Təhsil Məlumat Bazası

 

9. Səhiyyə Nazirliyi üzrə

9.1.

Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi

9.2.

Tibbi Müayinə Kartı Sistemi

9.3.

Tibb kadrlarının vahid reyestri

 

10. Nəqliyyat Nazirliyi üzrə

10.1.

Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş  xüsusi razılıqlar (lisenziyalar)

 

11. Müdafiə Sənayesi Nazirliyi üzrə

11.1.

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi ilə bağlı informasiya ehtiyatı

 

12. Kənd Təsərrüfatı Nazirliyi üzrə

12.1.

Kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi

12.2.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemi

 

13. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə

13.1.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən xüsusi razılıq (lisenziya) üzrə informasiya ehtiyatı

 

14. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə

14.1.

Respublikanın müxtəlif regionlarında faktiki məskunlaşan və elektrik enerjisi istehlakçıları olan məcburi köçkünlərin  elektron formatda adlı siyahılarından ibarət informasiya ehtiyatı

1

2

14.2.

Verilmiş status sənədləri üzrə informasiya ehtiyatı 

 

15. Dövlət Gömrük Komitəsi üzrə

15.1.

Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi

 

16. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə

16.1.

Hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatı

 

17. Əmlak Məsələləri Dövlət Komitəsi üzrə

17.1.

Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi

17.2.

Ünvan Reyestri İnformasiya Sistemi

 

18. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə

18.1.

Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı

18.2.

Məişət zorakılığı ilə bağlı məlumat bankı

 

19. Dövlət Statistika Komitəsi üzrə

19.1.

Statistik məlumatların buraxılış təqvimi və mətbu məlumatların yayım təqvimi üzrə informasiya ehtiyatı 

19.2.

Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələr üzrə informasiya ehtiyatı 

19.3.

Statistik məlumatlar (göstəricilər) üzrə informasiya ehtiyatı

19.4.

Statistik nəşrlər (kitablar) üzrə informasiya ehtiyatı

 

20. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə

20.1.

Xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent  üzrə Dövlət Komitəsinin təsdiqedici sənədlərinin informasiya ehtiyatı

20.2.

Ölçmə vasitələrinin informasiya ehtiyatı

20.3.

Uyğunluq sertifikatları üzrə informasiya ehtiyatı

20.4.

Akkreditasiya olunmuş laboratoriyalar üzrə informasiya ehtiyatı

20.5.

Dövlət standartları üzrə informasiya ehtiyatı

20.6.

İnzibati qərarların informasiya ehtiyatı

 

21. Dövlət Sosial Müdafiə Fondu üzrə

21.1.

Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası

1

2

21.2.

Pensiyaçılar üzrə informasiya ehtiyatı

 

22. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə

22.1.

Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri

 

23. Dövlət Miqrasiya Xidməti üzrə

23.1.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi

 

24. Müəllif Hüquqları Agentliyi üzrə

24.1.

"Qeydiyyat" elektron məlumat bazası

 

25. Satınalmalar üzrə Dövlət Agentliyi üzrə

25.1.

Açıq tender elanları üzrə informasiya ehtiyatı

25.2.

Satınalma müqavilələri üzrə informasiya ehtiyatı

25.3.

Təkliflər sorğusu elanları üzrə informasiya ehtiyatı

25.4.

Kotirovka sorğusu elanları üzrə informasiya ehtiyatı

 

26. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üzrə

26.1.

Alternativ və bərpa olunan enerji mənbələri üzrə elektron kadastr və məlumatların emalı sistemi

 

27. Dövlət Dəniz Administrasiyası üzrə

27.1.

Azərbaycan Respublikasının Dövlət gəmi və Berbout-çarter Reyestri

27.2.

Dənizçinin şəxsiyyət sənədinin fərdiləşdirilməsi üzrə informasiya sistemi

 

28. Dövlət Mülki Aviasiya Administrasiyası üzrə

28.1.

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi ilə bağlı informasiya ehtiyatı

28.2.

Uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı informasiya ehtiyatı

 

29. Milli Arxiv İdarəsi üzrə

29.1.

Elektron arxiv məlumat sistemi

 

30. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti üzrə

30.1.

"Azərsu" ASC-nin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi

 

31. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti üzrə

31.1.

Enerji Təchizatının Avtomatlaşdırılmış İdarəetmə sistemi

1

2

 

32. "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyəti üzrə

32.1.

"Bakıelektrikşəbəkə" ASC-nin abunəçiləri üzrə "Əhali" abunə informasiya bazası

 

33. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi üzrə

33.1.

Qaz abunəçiləri üzrə informasiya ehtiyatı

 

 

_______________

 

 

 

 

 

 

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 

2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə
 

təsdiq edilmişdir

 

 

  2 nömrəli əlavə

 


 

İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Texniki Tələblər "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
 

1.2. Bu Texniki Tələblər  dövlət informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına (bundan sonra - Portal) qoşulması üçün texniki tələbləri və Portala qoşulma ilə bağlı digər qaydaları müəyyən edir.
 

1.3. Bu Texniki Tələblərdə istifadə olunan anlayışlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş mənaları ifadə edir.
 

 

  1. 2.    İnformasiya sisteminin və ehtiyatlarının Portalla əlaqəli olan komponentlərinə dair tələblər


 

2.1. Portal iştirakçısının informasiya sistemlərinin və ehtiyatlarının Portalla əlaqəsi aşağıda göstərilən komponentlərdən təşkil olunur:
 

2.1.1.  təhlükəsizlik serveri;
 

2.1.2.  uyğunlaşdırma (adaptasiya) serveri;
 

2.1.3.  istifadəçi interfeysi;
 

2.1.4.  lokal monitorinq stansiyası.
 

2.2. Təhlükəsizlik serveri Portal üzərindən  aparılan məlumat mübadiləsində vasitəçiliyi həyata keçirməklə aşağıdakıları təmin etməlidir:
 

2.2.1.  göndərilən məlumatların imzalanmasını və alınan məlumatların imzalarının yoxlanılmasını;
 

2.2.2.  onun vasitəsilə ötürülən məlumatların arxivləşdirilməsini;
 

2.2.3.  sorğu verən tərəfin xidmətdən istifadə etmə hüququnun yoxlanılmasını və icazəsiz girişin bloklanmasını;
 

2.2.4.  digər Portal iştirakçılarının təhlükəsizlik serverləri ilə aparılan mübadilə məlumatlarının şifrlənmə vasitəsilə məxfiləşdirilməsini.
 

2.3. Təhlükəsizlik serveri məlumatları şifrələyib imzalamaq üçün Portalın Sertifikat Mərkəzi tərəfindən Portal iştirakçısına  verilmiş sertifikatlardan istifadə etməlidir.
 

2.4.Uyğunlaşdırma (adaptasiya) serveri sorğuların verilməsini və onlara təqdim edilən cavabların Portalın tələblərinə uyğun formaya çevrilməsini təmin etməlidir.
 

2.5. İstifadəçi interfeysi Portalın istifadəçisinin hüquqlarının idarə edilməsini təmin etməli və yalnız icazəsi olanlara həmin xidmətlərdən istifadə etmə imkanını yaratmalıdır.
 

2.6. Lokal monitorinq stansiyası Portalın iştirakçısının təhlükəsizlik serverinin vəziyyətinin izlənilməsini və informasiya sisteminin istifadə edilməsi haqqında statistik məlumatların toplanılmasını həyata keçirməlidir.
 

2.7. Təhlükəsizlik serveri vasitəsilə ötürülən məlumatlara lokal monitorinq stansiyasının giriş hüquqları və əlçatanlığı olmamalıdır.
 

2.8. Bu Texniki Tələblərin 2.1-ci bəndində qeyd olunan komponentlər Portalın iştirakçısının daxili şəbəkəsində quraşdırılmalı və onların təhlükəsizliyi şəbəkədaxili sistemlərdə olan təhlükəsizlik səviyyəsindən aşağı olmamalıdır.
 

 

3. Portala qoşulma ilə bağlı inzibati prosedurlar

 

 

3.1. İnformasiya sistemlərinin və ehtiyatlarının Portala qoşulması dövlət və ya qeyri-dövlət qurumlarının bu Texniki Tələblərin 1 nömrəli əlavəsindəki formaya əsasən ərizə ilə operatora müraciəti və onların bu Texniki Tələblərə uyğunluğunun yoxlanılması əsasında həyata keçirilir.
 

3.2. Müraciət etmiş dövlət və ya qeyri-dövlət qurumunun informasiya sisteminin və informasiya ehtiyatının portala qoşulmasına, ondan istifadə etməsinə və informasiya sisteminin və informasiya ehtiyatının təhlükəsizliyinin təmin edilməsinə dair texniki və texnoloji imkanları 7 (yeddi) iş günü müddətində qanunvericiliyin tələblərinə uyğun qaydada yoxlanılır. Yoxlamanın nəticəsi müsbət olduqda, Portalın operatoru ilə müraciət etmiş qurum arasında Portala qoşulmağa dair müqavilə bağlanılır.
 

3.3. Müqavilədə aşağıdakılar əks olunmalıdır:
 

3.3.1.  Portalın iştirakçısı tərəfindən məlumat mübadiləsinin aparılmasına səlahiyyətli olan vəzifəli şəxslərin siyahısı;
 

3.3.2.  Portalın iştirakçısının informasiya sistemi və informasiya ehtiyatından istifadə etməklə, Portal vasitəsilə təqdim etdiyi elektron xidmətlərin siyahısı;
 

3.3.3.  Portalın iştirakçısının Portal vasitəsilə istifadə etdiyi məlumatların siyahısı;
 

3.3.4.  təhlükəsizlik serverinə məsul şəxs (bundan sonra - server inzibatçısı) haqqında məlumat;

3.3.5.  göndərilən elektron sorğularının strukturunun təsviri;
 

3.3.6.    Azərbaycan Respublikasının qanunvericiliyi ilə əldə olunması məhdudlaşdırılan informasiyadan istifadə etmə imkanı və ondan istifadə qaydası;
 

3.3.7.  qarşılıqlı məlumat mübadiləsinin xüsusiyyətlərini əks etdirən əlavə müddəalar.
 

3.4. Bu Texniki Tələblərə cavab verməyən informasiya sistemlərində və ehtiyatlarında zəruri  texniki tədbirlər və təkmilləşdirmələr aparılması üçün Portalın operatoru Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron hökumət" portalı haqqında Əsasnamə" ilə müəyyən olunmuş hərəkətləri həyata keçirməlidir.
 

3.5.Portalın iştirakçısı təşkilati cəhətdən ləğv edildikdə və hüquqi varisi olmadıqda, onun informasiya sistemi və (və ya) ehtiyatı Portaldan ayrılır.
 

3.6. Portalın iştirakçısı tərəfindən bu Texniki Tələblərlə və ya qoşulma müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulduqda, Portalın operatoru şərtlərin pozulmasını əks etdirən yazılı sorğunu Portalın iştirakçısına göndərir. Portalın iştirakçısı sorğunu qəbul etdiyi gündən 1 (bir) ay müddətində pozulmuş şərtlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Pozulmuş şərtlər müəyyən olunmuş müddətdə aradan qaldırılmadığı halda, Portalın iştirakçısının informasiya sistemi və (və ya) informasiya ehtiyatı Portaldan ayrılır.
 

3.7. Aşağıda qeyd olunan hallar baş verdikdə, Portalın operatoru Portalın iştirakçısının Portal üzərində fəaliyyətini dərhal dayandırmalı (bloklamalı) və bu Texniki Tələblərin 3.6-cı bəndinə uyğun hərəkətləri həyata keçirməlidir:
 

3.7.1.  Portalın iştirakçısı tərəfindən Portalın fəaliyyətini ləngidəcək, ona zərər vura biləcək və  ya onun fəaliyyətinin dayanmasına səbəb olacaq hərəkətlərə yol verildikdə;
 

3.7.2.  informasiya təhlükəsizliyinə və ya fərdi məlumatların mühafizəsinə dair tələblər Portalın iştirakçısı tərəfindən pozulduqda.  
 

3.8. Elektron xidmətin Portala qoşulması üçün Portalın iştirakçısı aşağıdakıları həyata keçirməlidir:
 

3.8.1.  elektron xidmətin Portala qoşulması üçün bu Texniki Tələblərin 2 nömrəli əlavəsində göstərilən formada ərizə ilə Portalın operatoruna müraciət etməlidir;
 

3.8.2.  elektron xidmətin yoxlanılması üçün Portalın test mühitinə qoşulmalı və müvafiq xidmətləri test məlumatları ilə birgə təqdim etməlidir;
 

3.8.3.  təhlükəsizlik serverində elektron xidməti və ona müraciət hüquqlarını müəyyənləşdirməlidir;
 

3.8.4.  elektron xidmətin sorğu qeydiyyat jurnalını (loqları) arxivləşdirməli, arxivləşdirilən məlumatların siyahısını və dövrünü müəyyən edən proseduru yaratmalı, həmçinin  arxivləşdirilmiş "loq"lara müraciət hüquqları olan şəxsləri və onların müraciət hüquqlarını müəyyənləşdirməlidir.
 

3.9. Portalın operatoru təqdim edilən elektron xidmətin bu Texniki Tələblərə, həmçinin elektron xidmətin inzibati reqlamentinə uyğunluğunu yoxladıqdan və sınaqdan (testdən) keçirdikdən sonra 7 (yeddi) iş günü müddətində onun  Portala qoşulmasını təmin etməlidir.
 

3.10.   Elektron xidmət sınaqdan müvəffəqiyyətlə keçmədikdə, Portalın operatoru bu Texniki Tələblərin 3.4-cü bəndində nəzərdə tutulmuş hərəkətləri həyata keçirməlidir.
 

3.11.  Portal üzərindən göstərilən elektron xidmətin təkmilləşdirilmiş versiyasının Portala qoşulması bu Texniki Tələblərin 3.9-cu bəndinə  uyğun olaraq həyata keçirilir.
 

3.12.   Portalın iştirakçısının  hazırladığı elektron xidmətin təkmilləşdirilmiş versiyası sınaq (test) zamanı müsbət nəticələr əldə etdikdə, Portalın operatoru tərəfindən elektron xidmət Portala qoşulmalı, həmçinin elektron xidmətin köhnə versiyasının işləmə müddətinin bitməsi və təkmilləşdirilmiş versiyasının təqdim edilməsi barədə Portalın bütün iştirakçıları məlumatlandırılmalıdır.
 

3.13.  Elektron xidmətin Portaldan ayrılması üçün Portalın iştirakçısı elektron xidmətin ayrılma səbəbini bildirən xəbərdarlıq məktubunu Portalın operatoruna göndərməlidir.
 

3.14.  Portalın operatoru elektron xidməti Portaldan ayırmazdan ən azı 1 (bir) ay əvvəl bu barədə fəaliyyəti əsaslandırmaqla istifadəçiləri məlumatlandırmalıdır.
 

 

4. Portala qoşulma ilə əlaqədar Portal iştirakçısının təmin edəcəyi texniki tələblər

 

 

4.1. Portalın iştirakçısı Portala qoşulma ilə əlaqədar aşağıdakı texniki məsələləri həyata keçirməlidir:
 

4.1.1.  informasiya sistemi və ya informasiya ehtiyatı ilə Portal arasında təhlükəsiz rabitə kanalının qanunvericiliyin tələblərinə uyğun təmin edilməsini;
 

4.1.2.  təhlükəsizlik serverinin quraşdırılmasını, onun mərkəzi serverdə qeydiyyatdan keçirilməsini və bu məqsədlə aşağıdakıların icra edilməsini:
 

4.1.2.1.  təhlükəsizlik serverinin əməliyyat sisteminin və onun proqram təminatının quraşdırılmasını;
 

4.1.2.2.  şəbəkə interfeyslərinin konfiqurasiyalarının müəyyənləşdiril-məsini;
 

4.1.2.3.  mərkəzi serverlərin ünvanlarının daxil edilməsini;
 

4.1.2.4.  mərkəzi serverlərin sertifikatlarının və açıq açarlarının daxil edilməsini;
 

4.1.2.5.  Portalın Sertifikasiya Mərkəzinin sertifikatının və açıq açarının daxil edilməsini;
 

4.1.2.6.  təhlükəsizlik serverinin şifrləmə açarlarının generasiya edilməsini;
 

4.1.2.7.  şifrləmə açarının sertifikatına dair sorğunun təşkil edilməsini;
 

4.1.2.8.  təhlükəsizlik serverinin elektron imza açarının generasiya edilməsini;
 

4.1.2.9. elektron imza açarının sertifikatına dair sorğunun yaradılmasını;
 

4.1.2.10.     generasiya edilmiş açarın Portalın Sertifikasiya Mərkəzinin inzibatçısına təhvil verilməsini;
 

4.1.3.  Portal vasitəsilə sorğu vermək hüququna malik olan şəxslərin  və ya vəzifələrin təyin edilməsini;
 

4.1.4.  uyğunlaşdırma (adaptasiya) serverinin yaradılmasını, quraşdırılmasını və bu məqsədlə aşağıdakıların icra olunmasını:
 

4.1.4.1.  əməliyyat sisteminin quraşdırılmasını;
 

4.1.4.2.  veb serverin (web server) yaradılmasını və fəaliyyətə başlaması üçün İİS (Internet Information Services) xidmətinin və əlaqəli paketlərin yüklənilməsini;
 

4.1.4.3. HTTPS (Hypertext Transfer Protocol Secure) və SSL (Secure Sockets Layer) sertifikatlarının yüklənilməsini;
 

4.1.4.4. uyğunlaşdırma (adaptasiya) serverinin konfiqurasiya edilməsini və konfiqurasiyanın təhlükəsizlik serverində saxlanılmasını;
 

4.1.5.  informasiya sisteminin və ehtiyatlarının informasiya təhlükəsizliyinin təmin edilməsini;
 

4.1.6.  server inzibatçısının təyin edilməsini.
 

4.2. Server inzibatçısı uyğunlaşdırma (adaptasiya) serverinin aşağıdakı parametrlərini dəyişdirə bilər:
 

4.2.1.  İP ünvanını;
 

4.2.2.  istifadə etdiyi protokolunu (HTTP və ya HTTPS).
 

4.3.   Elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsi zamanı Portalın iştirakçısı bu Texniki Tələblərin  3 nömrəli əlavəsində göstərilən "İnformasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin aparılmasına və elektron xidmətlərin proqram təminatının işlənilməsinə dair Təlimat"a riayət etməlidir.

 

 

5. Sorğulara aid tələblər

 

 

5.1. Portala qoşulmuş informasiya sistemi SOAP (Simple Object Access Protocol) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.
 

5.2.  Sorğuların həcmi 10 kilobaytdan artıq olmamalıdır.
 

5.3.   Sorğunun sistemdən cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmadan 2 (iki) saniyədən artıq olmamalıdır.
 

5.4. Təhlükəsizlik serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir.
 

5.5. Məlumatların ötürülməsində 1qiqabit/saniyədən az olmayan ötürmə sürətini dəstəkləyən L2 və daha yüksəksəviyyəli şəbəkə avadanlığı istifadə edilməlidir.
 

 

6. Portala qoşulan informasiya sistemlərində informasiyanın mühafizəsinə dair tələblər


 

6.1.   Portala qoşulan informasiya sistemlərində informasiyanın mühafizəsi aşağıdakı əsas səviyyələr üzrə təmin olunmalıdır:
 

6.1.1.  işçi yeri;
 

6.1.2.  müəssisənin alt strukturları;
 

6.1.3.  müəssisə.
 

6.2.   Portala qoşulan informasiya sistemlərinin təhlükəsizlik sistemi aşağıdakı səviyyələrdə təyin olunmalıdır:
 

6.2.1.  informasiyanın fiziki qorunması;
 

6.2.2.  əlyetərlilik nəzarəti və fərdi identifikasiya;
 

6.2.3.  məlumatların şifrlənməsi üçün açarlardan istifadə;
 

6.2.4.  "əks-sorğu" müdafiəsi.
 

6.3.   Portalın iştirakçısının Portala müraciəti yalnız Portalın Sertifikasiya Mərkəzi tərəfindən verilmiş sertifikata malik olan təhlükəsizlik serveri vasitəsilə aparılmalıdır. Həmin təhlükəsizlik serverində mübadilə prosesi zamanı məlumatların əvvəlcədən şifrlənməsi, Mərkəz tərəfindən verilmiş sertifikatla həmin server tərəfindən imzalanması və şifrlənmiş qeydiyyat jurnalının aparılması təmin olunmalıdır.
 

6.4.   Portalın iştirakçısının Portala müraciəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Portalın operatoru tərəfindən verilmiş sertifikat əsasında autentifikasiya tətbiq olunmalıdır.
 

6.5.   Autentifikasiya aşağıdakı vasitələrdən biri ilə həyata keçirilməlidir:
 

6.5.1.  gücləndirilmiş elektron imza sertifikatı;
 

6.5.2.  Portalın operatoru tərəfindən istifadəçilərə verilən identifikasiya vasitələri;
 

6.5.3.  mobil autentifikasiya sertifikatı;
 

6.5.4.  QR (Quick Response Code) kodunun oxunması.
 

6.6.   Portala qoşulmuş informasiya sistemləri arasında avtomatik sorğular əsasında aparılan informasiya mübadiləsi zamanı  sorğunun  təşəbbüskarı olan Portal iştirakçısının məlumat mübadiləsinin aparılması üzrə səlahiyyətli  şəxs (şəxslər) elektron xidmət istifadəçisi  hesab edilir.
 

6.7.   İnformasiya sisteminə Portal istifadəçisinin müraciət hüquqları Portal iştirakçısı tərəfindən müəyyənləşdirilməlidir.
 

6.8.   Portaldan istifadə prosesində informasiya təhlükəsizliyi ilə bağlı baş verən problemlər haqqında məlumatlar Portalın operatoru tərəfindən qeydə alınmalı və saxlanılmalıdır.
 

 

_____________

 


 

"İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron

xidmətlərin "Elektron hökumət" portalına

qoşulması üçün Texniki Tələblər"ə


 

1 nömrəli əlavə

 

 

 

İnformasiya sistemlərinin və ehtiyatlarının

"Elektron hökumət" portalına qoşulması üçün

 

 

Ərizə

 

  1.  İştirakçı haqqında məlumat


 

İştirakçının adı

 

İştirakçı haqqında qısa məlumat

VÖEN

 

 

 

 

 

 

 

İştirakçının statusu

mərkəzi icra hakimiyyəti orqanı

yerli icra hakimiyyəti orqanı

yerli özünüidarəetmə orqanı

digər təşkilat

       

Hüquqi ünvan

 

Faktiki ünvan

 

Qoşulmaq üçün əsas

əsas (hüquqi akt)

digər əsas

qeydlər

 

 

 

İnformasiya sisteminin tam adı

 

İnformasiya ehtiyatının (ehtiyatlarının) tam adı

 

Çıxarışın nömrəsi*

 

İnformasiya sisteminin qiymətləndirilməsinin aparılmasına dair məlumat 

qiymətləndirilmənin aparılma tarixi

   qiymətləndirilmənin nəticəsinə dair rəy**

 

___ _________ 20       il

müsbət                  mənfi

 

* İnformasiya ehtiyatının dövlət informasiya ehtiyatlarının reyestrində və ya fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyatı  barədə çıxarışın nömrəsi (qanunvericiliklə qeydiyyatı tələb olunduğu təqdirdə).

               


**Müvafiq cavabın altından xətt çəkin.


 

  1.  Əlaqə məlumatları


 

 

Soyadı, adı, atasının adı

İş telefonu

Mobil telefonu

Elektron poçt ünvanı (e-mail)

Qoşulma üzrə məsul şəxs

 

 

 

 

İştirakçının texniki dəstəyinin təmin olumasında məsul şəxs    (ən azı iki nəfər göstərilməlidir)

 

 

 

 

 

 

 

 

 

 


 

  1.  Səlahiyyətli vəzifəli şəxs


 

Soyadı, adı, atasının adı

 

Vəzifəsi

 

İmza

 

 


Tarix:     "       " ­­­­­­­­­_________ 20


 

M.Y.

 

_____________

 


 

"İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron

xidmətlərin "Elektron hökumət" portalına

qoşulması üçün Texniki Tələblər"ə


 

2 nömrəli əlavə


 

Elektron xidmətin "Elektron hökumət" portalına qoşulması üçün


 

ƏRİZƏ

_____________________________________________________________

(Portal  iştirakçısının adı)

_____________________________________________________________

(Portal iştirakçısının informasiya sisteminin adı)

 

elektron formada dövlət xidmətlərinin göstərilməsinin təmin edilməsi və dövlət funksiyalarının icrası ilə bağlı             

_____________________________________________________________

(dövlət xidmətlərinin təqdim edilməsini təmin edən müvafiq normativ hüquqi sənədlər barədə məlumat)

_____________________________________________________________

 

əsasında xahiş edirəm:

  1. aşağıda göstərilən elektron xidmətin "Elektron hökumət" portalına qoşulmasına köməklik edəsiniz:

Sıra №-si

Xidmətin adı

İnzibati reqlament barəsində məlumat*

Xidmətin istismarına cavabdeh şəxs haqqında məlumat

soyadı, adı, atasının adı

əlaqə  nömrəsi

 

 

 

 

 

 

 

 

 

 


 

*Azərbaycan  Respublikası Hüquqi Aktların Dövlət  Reyestrinin qeydiyyat nömrəsi.  

 

  1. ___________________________________elektron poçt ünvanı və

(elektron poçt ünvanı)

_________ telefon nömrəsi vasitəsilə yuxarıda göstərilən elektron xidmətin

(telefon nömrəsi)

 

Portala qoşulması haqqında məlumatlandırasınız.      

 

Səlahiyyətli vəzifəli şəxs  __________                            ________________

(imza,  tarix)

          M. Y.

_____________

№-li nüsxə



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL