"Samsung” rəhbərinin aktivləri 12,5 milyard dollar dəyərində qiymətləndirilir
Bu günlərdə infarkt keçirən "Samsung Electronics” şirkətinin sədri Li Qon Hinin şəxsi aktivlərinin dəyəri 12,9 trilyon von və ya 12,5 milyard dollar qiymətləndirilir.
Bu barədə Cənubi Koreyanın nəhəng şirkətlərinin maliyyə fəaliyyətini izləyən "Chaebul.com” saytında yerləşdirilən məlumatda deyilir.
Bu aktivlərin ailə üzvlərinə veriləcəyi təqdirdə miras mülkiyyəti üçün verginin məbləği təxminən 5 trilyon von (4,84 milyard dollar) təşkil edəcək. Digər müşahidəçilər bunu 3-5 trilyon von (2,9 milyard dollar) məbləğində dəyərləndirir.
“Samsung” qrupunun faktiki rəhbəri olan 72 yaşlı maqnata 11,7 trilyon von məbləğində səhmlər, eləcə də Seul birjasında qeydiyyatdan keçməyən filialların 479 milyard von (464,1 milyon dollar) dəyərində səhmləri məxsusdur. O, həmçinin 678 milyard vonluq (657 milyon dollar) daşınmaz əmlak sahibidir.
Ümumilikdə "Chaebul.com”un yerli ekspertləri həyat yoldaşı və üç uşağının daxil olduğu Li Qon Hin ailəsinin var-dövlətini 20,6 trilyon və ya 20 milyard dollar dəyərində qiymətləndirirlər.
Şirkət rəhbərinin şəxsi var-dövlətinin əsas hissəsini onun 1987-ci ildə vəfat etmiş atası və “Samsung” təsisçisi Li Ben Çxoldan qalan mirası təşkil edib.
Li Qon Hinin yeganə oğlu Li Çjen Yen 3,9 trilyon von (3,8 milyard dollar) dəyərində aktivlərə, o cümlədən qeydiyyatdan keçmiş şirkətlərin 1,2 trilyon vonluq (1,16 milyard dollar) səhmlərinə sahibdir.
Paytaxt Seulda “Silla” hotelinin sahibi Li Bu Çjinə 1,12 trilyon von (1,08 milyard dollar) dəyərində qiymətli kağızlar məxsusdur. “Samsung Everland” modalar şirkətinin rəhbəri kiçik qız Li So Xen 1,06 trilyon von (1,02 milyard dollar) sahibidir.
Maqnatın “Leeum” incəsənət muzeyinin direktoru olan həyat yoldaşı Xon Ra Hinin var-dövləti 1,5 trilyon (1,45 milyard dollar) qiymətləndirilir.
Qeyd edək ki, Cənubi Koreyanın ən varlı insanı hesab edilən Li Qon Hin infarkt keçirdikdən sonra onun mirasına diqqət artıb.
Hazırda “Samsung” şirkətlər qrupunda ciddi struktur dəyişiklikləri aparılır. Müşahidəçilər bunu şirkətdə idarəetmənin Li Qon Hinin uşaqlarına verilməsinə hazırlıqla bağlı olduğunu bildirirlər, - “İTAR-TASS www.itar-tass.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL