waplog

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri mayın 16-da mükafatlandırılacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılması günü açıqlanıb.  
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu ayın 16-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Azərbaycan Respublikasında İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün milli strategiyanın hədəfləri: problemlər, vəzifələr və perspektivlər” elmi-praktik konfrans keçiriləcək.
 
 Konfransın yekununda olimpiadanın qaliblərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və eləcə də “HP” şirkətinin qiymətli hədiyyələri təqdim olunacaq.
 
Qeyd edək ki, sözügedən olimpiada cari ildə növbəti dəfə - 9-cu dəfə keçirilib.
 
Olimpiadanın 13 aprel 2104-cü il tarixində reallaşdırılan ilk mərhələsində respublikanın 8 ali təhsil müəssisəsindən 49 komanda iştirak edib. Onlardan 28 komanda ikinci (final) mərhələyə vəsiqə qazanıb. 26 aprel 2014-cü il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda baş tutan final mərhələsində qaliblər müəyyənləşdirilib.  
 
Birinci yerə Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası, ikinci yerə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MSU Programmers” komandası, üçüncü yerə Qafqaz Universitetinin “Qafqaz U4” komandası, dördüncü yerə Qafqaz Universitetinin “Qafqaz U3” və Bakı Dövlət Universitetinin “BSU-NET” komandaları layiq görülüb.
 
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL