waplog

Azərbaycan beynəlxalq poçt xidmətlərinin təkmilləşdirilməsi üzrə müzakirələrdə təmsil olunub


Azərbaycan Daşkənddə (Özbəkistan) keçirilən Regional Rabitə Birliyinin (RRB) Poçt rabitəsi üzrə komissiyasının və RRB-nin Poçt rabitəsi operatorlar şurasının 37/26-cı iclası və Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Avropa və MDB ölkələrində logistik xəttin təkmilləşdirilməsi və xidmətin keyfiyyəti” Strateji regional layihənin açılması üzrə beynəlxalq seminarlarında iştirak edir.

“Azərpoçt”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, sözügedən iclasda ÜPİ-nın 25-ci Konqresinin qərarlarının reallaşdırılması, Poçt İstismarı Şurasının sessiyasının nəticələri, Regional Rabitə Birliyinin Poçt rabitəsi üzrə komissiyasının və RRB-nin Poçt rabitəsi operatorlar şurasının rəhbər vəzifələrinə seçkilərin keçirilməsi üzrə məsələlərin müzakirəsi olub.

Ümumdünya Poçt İttifaqının “Avropa və MDB ölkələrində logistik xəttin təkmilləşdirilməsi və xidmətin keyfiyyəti” Strateji regional layihənin açılması üzrə beynəlxalq seminarda 2009-2012 və 2014-2016-cı illərdə xidmətin keyfiyyəti üzrə layihələr müzakirə edilib.


Tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədov,  "Azərpoçt" MMC-nin Keyfiyyətə nəzarət şöbəsinin rəisi Novruz Qalayev, "Azərekspresspoçt" RM-nin rəis müavini Ağakazım Məmmədov iştirak ediblər.
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL